Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Moderator.az-ın
Avropa.info-ya istinadən xəbərinə görə, sərəncamda deyilir ki, dövlət
büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas
və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət
qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə
onlar üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı
məbləğlərdə müəyyən edilsin:
Doktorantura
pilləsi üzrə:
Elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220
manat
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120
manat; Ali təhsil müəssisələrində:
Adlı təqaüd alan tələbələrə - 120 manat
Magistr pilləsi üzrə:
Əla qiymətlərlə oxuyan tələbələrə - 105 manat
Əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 85
manat
Yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 55 manat
Bakalavr pilləsi üzrə:
Əla qiymətlərlə oxuyan tələbələrə - 95 manat
Əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 80
manat
Yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat.
Orta ixtisas təhsili müəssisələrində:
Əla qiymətlərlə oxuyan tələbələrə - 50 manat
Əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 40
manat
Yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat.
İlk peşə-ixtisas təhsili müəssisələrinin
şagirdlərinə - 35 manat
Sənəddə göstərilir ki, təqaüdlərin ödənilməsi
dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata
keçirilsin.
Həmçinin, "Doktorantlara, ali təhsil, orta
ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə
verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü
hissəsi istisna olmaqla) ləğv edilsin.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn
digər məsələləri həll etmək tapşırılır.
Sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.