Hindistanda
fillərin sayı kəskin surətdə azalmağa başlayıb. Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, təkcə Orissa ştatında son 13 ildə 718 fil məhv
olub. Bu barədə ştatın Ətraf Mühitin qorunması və Meşə Təsərrüfatı naziri məlumat
verib. Onun sözlərinə görə, fillərin ölümünə səbəb daha çox infeksion xəstəliklərdir
ki, bu səbəbə görə 163 fil tələf olub. 127 fil, qanunsuz ovçular tərəfindən,
105 fil isə təbii yolla ölüb.
Bunda başqa Hindistanda filləri çox vaxt
qatarlar öldürür. Bəzən isə insanlar özləri filləri ciddi xəsarət təhlükəsi
olan yerlərə qovurlar.
Nazir deyir ki, 5 il ərzində hökumət nəsli kəsilmək
üzrə olan heyvanlar üçün 14 təbii dəhliz yaradacaq.
Qeyd edək ki, Hindistanda fillərin sayı kəskin
azalır. Bu gün onların sayı 50 mindən çox deyil.