ATƏT-in Müşahidə Missiyasının ilk aralıq hesabatında hakimiyyət ciddi tənqid olunub və dolayısı ilə seçkilərin saxtalaşdırılması üçün əvvəlcədən qanunvericilkdə çoxsaylı dəyişikliklər edilərək möhkəm zəmin hazırlanması qınanılıb. Təbii ki, hakimiyyət ənənəsinə sadiq qalaraq bu hesabatı da süngüylə qarşılayacaq.
Moderator.az YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadənin mövqeyini öyrənməyə çalışıb. Hakim partiya təmsilçisi deyib ki, hesabatla tanış olsa da hansısa müşahidə missiyasının hesabatına cavab vermək istəmir: “Bilirsiniz ki, mən YAP-dan MSK-nın məşvərətçi səs hüquqlu üzvüyəm. Ona görə də mənim ən azı iki aylıq dönəmdə MSK üzvü kimi hansısa müşahidə missiyasının hesbatına, yaxud namizədlərdən kimlərinsə fəaliyyətinə qiymət verməyim düzgün olmaz.”
YAP icra katibin müavini Mübariz Qurbanlı isə sualımızı dinlədikdən sonra “Bir neçə dəqiqədən sonra zəng vurun” deməklə kifayətləndi. Görünür, YAP rəsmisi hələ hesabatla ya tanış deyil, ya da deyəcəyi söz yoxdur