Qətlə
yetirilən şəxsin qohumu İlqar Orucovun sözlərinə görə, Səxavət bir neçə nəfərə
nalayiq hərəkətlər etdiklərinə etiraz etdiyi üçün öldürülüb.
“Səxavətin
evinin qarşısında, küçənin ortasında 5-6 nəfər cavan oğlan və 2 qız nalayiq
hərəkətlər edirmişlər. Səxavət çıxıb küçəyə, onları qovmağa. Lakin gənclər ona
əhəmiyyət verməyiblər. Nəticədə dava düşüb”, - deyə qətlə yetirilən şəxsin
qohumu bildirib.
Gənclər
Səxavətlə dalaşan zaman, ona kömək etmək üçün oğlu İxtiyar Nağıyev və əmiləri
Şükür,Mürvət Nağıyevlər də gəlib. Gənclər işin çətin olduğunu gördükdə bıçağa
əl atıblar. Nəticədə S. Nağıyev hadisə yerində ölüb, digər 3 şəxs isə ağır
yaralanıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya
şöbəsinə yerləşdirilib. Şöbədən verilən məlumata görə, Mürvət və İxtiyar
Nağıyevlərin vəziyyətləri ağır olaraq qalır.
Hüquq-mühafizə
orqanı əməkdaşlarının əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən
Bakı sakinləri Rafiq Mədətov, Nicat və Neymət Qardaşovlar, Maxru Qocayeva və
Natiq Yaqubov saxlanılıb. Onlar avtomobillə qaçarkən Qaradağ rayonunda tutulub.
Faktla
bağlı Goranboy rayon Polis İdarəsində cinayyət işi başlanıb.