Milli
Şuranın vahid namizədi Cəmil Həsənli ilə “El” Hərəkatının İdarə Heyətinin
görüşü başa çatıb.
Moderator.az xəbər verir ki, görüşdə
müzakirə edilən məsələlər barədə “Qafqazinfo”ya açıqlama verən Hərəkatın İdarə
Heyətinin sədri Eldəniz Quliyev bildirib ki, görüş zamanı bir sıra məsələlərə
aydınlıq gətirilib: “ Ümumiyyətlə bu görüşün tutması vacib idi. Yaxşı ki, baş
tutdu. “El” və Milli Şura yenə də bir yerdə olmalıdır. Ortaq qərarımız o oldu
ki, Milli Şura və onun vahid namizədi qorunmalıdır. “El” rəhbərliyi vahid
namizədin vəkillər siyahısında təmsil olunmalıdır”.
Eldəniz Quliyev
qeyd edib ki, arada olan incikliklər də müzakirə edildi: “Milli Şura “El”
Hərəkatına qarşı edilən təzyiqlərə adekvat reaksiya verməli idi. Əslində
inciklik Milli Şura rəhbərliyinə idi, vahid namizədə yox. Bunlar da müzakirə
edilib həll olundu”.