İran prezidenti Həsən Ruhaninin ABŞ-a səfərinin
proqramı açıqlanıb.Moderator.az-ın APA-ya istinadən verdiyi məlumata görə, İran
prezidenti BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün
sentyabrın 22-də Nyu-Yorka səfər edəcək.
H. Ruhani sentyabrın 24-də BMT Baş Assambleyasında
çıxış edəcək. Sentyabrın 25-də İran prezidentinin Qoşulmama Hərəkatının baş
katibi qismində nüvə silahların yayılmasının qarşısının alınması ilə bağlı
keçiriləcək zirvə toplantısında çıxışı olacaq. Eyni zamanda H. Ruhani Qoşulmama
Hərəkatının xarici işlər nazirlərinin toplantısında çıxış edəcək. Bundan əlavə,
İran prezidentinin sessiya çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə
ikitərəfli görüşləri gözlənilir.
H. Ruhaninin sentyabrın 26-da İrana qayıdacağı
bildirilir.