İran
prezidenti Həsən Ruhani nüvə proqramı ilə bağlı Nyu-Yorkda müzakirələrin
aparılacağını bildirib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi
xəbər verir.
Ruhani
dünən səhər imam cümələrin (cümə namazı qılan şəxslərin) toplantısında çıxışı
zamanı bildirib ki, Nyu-Yorkda aparılan danışıqlardan sonra İran və “altılıq”
ölkələri arasında müzakirələr keçiriləcək: "İran və 5+1 ölkələri
arasındakı müzakirələrin yeri və vaxtı ilə bağlı sonra açıqlama veriləcək. Biz
bütün çətinlikləri geridə qoymalıyıq, məsləhətli hərəkət etməklə boyun əyməkdən
də çəkinməliyik”.
Ruhani,
həmçinin deyib ki, ölkəsi sülhyönlü nüvə proqramı ilə bağlı İran xalqının
hüquqlarının qorunub saxlanılmasından bir addım belə geri çəkilməyəcək.
İran
prezidenti Həsən Ruhaninin sentyabrın sonlarında Nyu-Yorka səfəri gözlənilir. O,
BMT Baş Məclisinin iclasında iştirak edəcək. İclas çərçivəsində İran rəsmiləri
ilə Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton arasında
danışıqların baş tutacağı gözlənilir.