Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov seçki ilə bağlı qapalı toplantı keçirəcək. Bu barədə Moderator. az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, toplantıda şəhərdəki bütün təhsil müəssisələrinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir: “Seçkiyə həsr olunan toplantıda E.Əzizov məktəb direktorları son dəfə təlimatlandırmaq niyyətindədir. İcra başçısı hesab edir ki, seçki günü seçki məntəqələrində iqtidarın əsas namizədinin neçə faiz səs toplamasında məktəb direktorlarının “sayıqlığı”, “işi qurmaq bacarığı” mühüm rol oynayır. Məhz bu səbəbdən də icra başçısı məktəb direktorlarını “məsuliyyətə” dəvət edərək onları diqqətli olmağa səsləmək niyyətindədir. Toplantıda yalnız ali və orta məktəblərin deyil, habelə musiqi və peşə məktəblərinin də rəhbərlərinin iştirak edəcəyi gözlənilir”.