Moderator.az xəbər verir ki, dünəndən etibarən Milli Məclisin komitələri işinə başlayıb. İlk iclas Regional Məsələlər Komitəsində oldu. Komitənin sədri Arif Rəhimzadə qeyd edib ki, yaz və növbədənkənar sessiyada komitənin 6 iclası keçirilib və bu iclaslarda 14 məsələ müzakirə olunub ki, bunun da 11-i qanun layihələri olub: “Bu dövrdə komitəyə 200 ərizə, şikayət və müraciət daxil olub. Bunlardan 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib”.
İclasda
payız sessiyasının iş planı da təsdiq olunub. Komitə payız sessiyasının gündəliyinə
4 qanunda dəyişikliklər layihəsinin müzakirəsini daxil edib. Bunlar bələdiyyələrin
inzibati ərazi bölgüsü və eyni zamanda, hələ adı məlum olmayan, lakin bələdiyyələr
ilə bağlı gözlənilən qanun layihələrinə dəyişikliklərdir.
Pərviz