“O, adamı Azərbaycanın taleyi heç vaxt maraqlandırmayıb biz hər zaman demişik ki, İbrahimbəyov bu proseslərdə təsadüfü adamdır”.
Bu sözləri Moderator.az-a açıqlamasında Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Milli Şuranın London toplantısına qatılmayan Rüstəm İbrahimbəyovu barədə deyib.
Əli Əliyevin bildirdiyinə görə, İbrahimbəyov bu proseslərə öz şəxsi maraqlarını təmin etmək üçün qoşulub:
“ İbrahimbəyov son 20 il ərzində ölkədə baş verən haqsızlıqlara qarşı seyrçi mövqeyi sərgiləyib. Onun birdən-birə mövqeyini dəyişməsi İlham Əliyevlə olan şəxsi ədavətinin nəticəsidir. İbrahimbəyovun London toplantısına qatılmaması onu göstərir ki, artıq o, bu işdə heç bir şəxsi mənfəət əldə edə bilməyəcək ona görə tədricən bu proseslərdən kənarlaşmaq qərarına gəlib”.
Xatırladaq ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov vacib işlərinin olmasını əsas gətirərək bu qurumun London toplantısına qatılmaqdan imtina etmişdi.