Müğənni Xumar Qədimova
“MUZ-TV”yə açıqlamasında sənəti ilə bağlı yeniliklərdən söz açıb. Sənətçi
yeni duet üzərində işlədiyini bildirib:
“Bu
dueti instrumentlə oxuyacam. Bu ya gitara, ya violonçel, ya da klarnetlə
olacaq. Hazırda Mahir İbrahimov bəstə üzərində çalışır. Çox gözəl alınacaq.
Çılpaq səslə gitara və mən... Sözləri Sonaya, musiqisi isə mənə aid olan
“Torpaq harayı” adlı daha bir böyük layihə hazırlayıram. Etiraf edirəm ki,
özümü sevirəm. Xumarı dinləyirəm. Ancaq öz mahnılarıma qulaq asıram. Hərdən
deyirəm ki, oxu, ölüb gedəcəksən, qoy, səndən sonra qalsın bu səs. İnsanlar həsrət
qalacaq, çoxlu nəğmələr qoy get. Həm buna görə narahat oluram, həm də xoşdu.
Bilirsiniz, bir mahnı çıxarıram, sevilir. Digərini çıxaranda buna diqqət
azalır. Qısqanıram ki, bütün mahnılarım çox sevilsin. Bu problemi yaşayıram”.
Solo konsertdən danışan Xumar Qədimova tezliklə
sevənləri ilə görüşəcəyini deyib:
“Gözəl mahnı çıxara bilərsən və bu, bir konsertə
bərabər olar. Elə konsert verəcəm ki, heç bir müğənninin bu günə kimi belə
çıxışı olmayıb. Özü də yalnız bir gün baş tutacaq. Çünki konsert bir gün olar”.