Bakının Abşeron rayonunun Novxanı kəndində su təminatında ciddi problemlər meydana çıxıb. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, artıq iki gündür ki, kənd susuz qalıb. Bu isə öz növbəsində vətəndaşların ciddi narazılığına səbəb olub: “İki gündür ki, susuz qalan kənddə su təminatı hələ də həyata keçirilmiş deyil. Su təminatında yaranan iki günlük fasilənin səbəbləri isə bilinmir. Bu isə vətəndaşlarda haqlı narazılığa səbəb olub. Ailələrin bir çoxu suya olan tələbatlarını ödəmək üçün marketlərdə satılan qablaşdırılan sulardan istifadə etsə də, vətəndaşların əksəriyyətinin maddi durumu su problemlərini bu şəkildə həll etməyə imkan vermir. Vətəndaşlar hesab edir ki, “Azərsu” mövcud problemlə bağlı ictimaiyyəti məlumatlandırmalı, habelə problemin qısa zamanda həll edilməsi üçün əməli addımlar atmalıdır”.