Zorlananlar arasında mən də ola bilərdim,Günel Mövlud da...
Читать: 7963
02 Mar 2014 | 17:57
Zorlananlar arasında mən də ola bilərdim,Günel Mövlud da...

Bu gündən etibarən “Güzgüdəki” adlı yeni bir layihəyə başlayırıq. Tanınmışlarımızın özləri ilə müsahibələri... Biz heç nəyə qarısmırıq, insanları özləri, ürəyindəki suallarla baş-başa buraxırıq. Özləri sual verir, güzgüdəki cavab...

 

“Axar.az”ın “Güzgüdəki” ilk könüllüsü şairə Sevinc Elsevərdir. Görək, necə görüb özünü...

 

 

Qonorarı alacaq adamın adı

 

 

- Sənə, yəni özümə müsahibə verməyimi istəyirsən? Onsuz da biz səninlə tez-tez dərdləşirik. Amma bu dəfə söhbətimizdən başqaları da xəbər tutacaq. Dayan, dayan! Sualı kim verdi? Mən, yoxsa sən?!

 

 

- İkimiz də verə bilərik. Eyni sualları veririk özümüzə, sən də, mən də... İndi guya Marsel Prustun yerişini yerimək istəyirik də.

 

 

- Yox, vallah. Jurnalist dostumuzun xahişini yerinə yetirirəm. Marsel Prustun öz-özünə müsahibə verməyindən xəbərim yox idi, uşaqlardan eşitdim. Guya burda nə var e... Məgər bizim ölkədə dərc olunan müsahibələrin 90%- ni müsahiblər özləri yazmır? Sadəcə, müsahibənin altında qonorarı alacaq adamın adı gedir.

 

 

- Adamın içində iki, bəzən də ikidən artıq “mən” olur. Biri səmimi olur, biri saxtakar, bir “mən” qorxaq olur, o biri “mən” cəsarətli. Baxır hansının səsi yüksəkdən çıxır, hansı o birisinə sözünü keçirə bilir.

 

 

Qorxusuz insan insan deyil, qudurmuş itdir

 

 

- İndi hansımız qorxağıq, hansımız cəsarətli?

 

 

- Əlbəttə, indi mən qorxağam. Nə var divara dirəyib sualları yağdırmağa. Mən yazıq bilmirəm indi sualların altından necə çıxım ki, nə şiş yansın, nə kabab.

 

 

- Deməli, qorxursan...

 

 

- Adam deyiləm? Əlbəttə, qorxuram. Teymurləng demişkən, qorxusuz insan insan deyil, qudurmuş itdir.

 

 

Kinodan qorxan kinoşünas

 

 

- Ən çox nədən qorxursan?

 

 

- Şərdən. Bir də içində qan, zorakılıq səhnələri olan kinolardan. Kinoşünasam guya özüm də... Nə qədər özümə təlqin eləsəm ki, yalandı, filmdi, bilə-bilə ki, gerçək həyatda bundan da dəhşətli şeylər var, yenə baxa bilmirəm. Ermənilərdən, bir də öz xalqımın cəhalət pəncəsində olan nümayəndələrindən qorxuram. İnsanafobiyam vəhşi heyvanlardan olan qorxum qədər güclüdü. Məncə, artıq hamı bir-birindən qorxur. Məgər biz artıq qapılarımızı dəmir seyf qapılarla, pəncərələrimizi dəmir barmaqlıqlarla möhkəmləndirmirik? Hasarlarımız günü-gündən hündürləşir, evimizin həndəvərinə video qurğular quraşdırmırıqmı? Adamların nəfsindən qorxuram. Belə dünyada yaşamaq dəhşətdi.

 

 

Rafiq Tağı qəhrəmanları...

 

 

- Onda səndən qəhrəman çıxmaz ki!

 

 

- Bəlkə də çıxar. Baxır vəziyyətə... Bir dəfə Bakıdan qonaqlarımız gəldi. Üç gün bizdə qaldılar. Qazımız gəlmirdi, köhnə kirəqazı götürüb həyətə düşdüm. Qonaq da 3 yaşlı uşağını yanına alıb maraq xatirinə gəldi. Kirəqazı yandıran kimi alov yüksəldi. Bir də baxdım ki, qadın qızını yanımda qoyub darvazadan çölə qaçıb. Yaxşı ki, özümü itirməyib əlimi alovun içinə salıb kirəqazı söndürdüm, partlayışın qarşısını aldım. Amma Rafiq Tağı öldürüləndə çox qorxdum. Qorxanların çoxu qaçdılar, özlərindən də qəhrəman düzəltdilər. Mən isə qorxaqlığımla barışdım. Rafiq Tağı öldürülənə qədər Azərbaycanda “yamyamların” mövcudluğuna heç kim inanmırdı, heç Rafiq Tağı özü də. Keçən əsrin əvvəllərində də incəsənət adamları, azad düşünən, öz fikrini deyən adamlar öldürülürdülər. Biz cüzi fərqlərlə qaldığımız yerə - ötən əsrin əvvəllərinə qayıtdıq.

 

 

- İndi sözündən nə çıxır, qəhrəman ola bilərsən, ya yox?

 

 

- Məncə, ola bilmərəm. Amma ekzistensial durumlarda bəlkə də qəhrəmanlıq göstərə bilərəm. Mən şüurlu surətdə tarixdə qalmaq üçün edilən qəhrəmanlıqları qəbul eləmirəm. İstək olmalıdı, yoxsa özündən nə qədər qəhrəman yaradırsan, yarat, su boğazına çatanda başqalarını alacaqsan ayağının altına. Xocalıda öz balasını boğub öldürərək başqalarının həyatını xilas edən qadın qəhrəmandı, mən bunu bacarmaram!

 

 

- Azərbaycanlı doğulduğuna görə fəxr edə bilirsənmi?

 

 

- Mən heç insan doğulduğuma görə fəxr edə bilmirəm. Məncə, qartal olub dağlarda yaşasaydım, daha yaxşı olardı.

 

 

- Niyə 72 yaşında qoca arvad kimisən? Hərdən səni dalıma çatıb aparıram. Niyə çox yorulursan?

 

 

- Bilirəm, amma niyə məhz 72 yaşlı arvad deyirsən? Nənəmiz öləndə 72 yaşı vardı. “Mübarizə zəiflərin kəşfidi... ondansa çiyninə balta qoyub oxuyasan: “vəhşilər günahsızdır!””Aqşinin bu bədbin misraları əhvalımdan xəbər versin sənə.

 

 

- Aqşinə niyə qulaq asırsan? Aqşin guya çox ağıllıdı?

 

 

- İnsafsızlıq eləmə. Aqşin yaxşı şairdi.

 

 

- Əvəzində yaxşı oğlan deyil!

 

 

- Guya sən elə yaxşı qızsan?!

 

 

 

...azərbaycanlılara dişimin dibindən çıxanı deyəcəkdim

 

 

- Sənə elə gəlmirmi ki, ədəbiyyatı ailəyə qurban verdin?

 

 

- Heç birini o birinə qurban verməmişəm. Ailəm olmasaydı, indikindən bir az azad olacaqdım uzağı. Ya da xaricə qaçıb ordan azərbaycanlılara dişimin dibindən çıxanı deyəcəkdim. Amma ədəbiyyatda bir qələt eləyə bilməyəcəkdim. Mən xarici ölkələrdə vətəndaşlıq alan adamları anlamıram. Niyə getdikləri ölkənin ədəbi mühitinə girməyə, getdikləri ölkənin dilini mükəmməl öyrənməyə, xarici nəşriyyatlarla əlaqələr qurmağa çalışmaqdansa, vaxt itirirlər. Eyni mövzuları çevir tatı, vur tatı yazırlar, usanmırlar, yorulmurlar! Yaxşı ki, ailə qurmuşam, uşaqlarım var, yoxsa adam kimi yaşaya bilməyəcəkdim. Hərdən elə depressiyaya düşürəm, özümü elə buraxıram, heç dodağımın üstündəki arzuolunmaz tüklərə toxunmuram. Ev-eşik gözündən batır, həyatın heç bir mənası qalmır. Həvəslə yaşayan adamlara baxıram, ətim tökülür. Sonra uşaqlara görə özümdə güc tapıb çıxıram. Allahı başa düşürəm, məni niyə qadın yaradıb, üç uşaq verib, onun mənə sadəcə yazığı gəlib. Analıq hissi güclü hissdir.

 

 

- Kişi olsaydın, Allah bilir axırın necə qurtarmışdı...

 

 

- Özüm ölüm, hə. Ya əyyaş idim, ya narkoman... Ya da ağzıma gələni yazmışdım, vurub öldürmüşdülər.

 

 

 

AYB-dən cavab tələb eləyirlər, ermənilərdən yox...

 

 

- Depressiyaya düşməyinin səbəbi nədir?

 

 

- Nə bilim, səbəb çox ola bilər. Məsələn, düşünə bilərəm ki, Suriyada doğulan uşaqlar Fransada doğulsaydılar, zülmləri görməzdilər. Mənim üçün insan həyatından dəyərli heç nə yoxdur. Hamı bir dəfə doğulur, amma hamıya eyni imkanlar verilmir. 1992-ci ildə fevralın 25-indən 26-sına keçən gecə zorlanan, tanınmaz hala salınıb öldürülən qız uşaqlarının arasında mən də ola bilərdim, Günel Mövlud da! Amma orda başqaları olublar. Yeganə günahları da həmin gecə Xocalıda olmaları idi. Dünya ədalətsiz dünyadı və mən ondan yaxşı heç nə gözləmirəm. Öz aramızdı, madam özümüzdən müsahibə quraşdırmışıq, qoy tökək e ürəyimizdə yük olan hər şeyi. Bu pasifistlər var ha, deyirlər ermənilərin heç nədə günahı yoxdu. Boş söhbətdi, ay ruslar qızışdırdı, ruslar ermənilərə kömək elədi. Ruslar bizi də qızışdırsın da, niyə qızışdıra bilmir?! Biz müharibə aparmamışıq, müdafiə olunmuşuq, onu da düz-əməlli bacarmamışıq. Ermənilər rəsmən, bütün beynəlxalq aləmin gözü qabağında üzr istəməlidirlər, dəyən ziyanları ödəməlidirlər. Mən də sülh tərəfdarıyam, müharibə istəmirəm. Kim istər müharibə olsun, əri döyüşə getsin, ən azı özümə görə istəmirəm. Amma erməniləri durduğu yerdə bağışlamaq olmaz. Murad Köhnəqala deyirdi ki, biz ermənilərlə barışa bilmərik, barışsaq biqeyrətik. Düz də deyirdi. Mən bu yazıçıların çoxunu başa düşə bilmirəm. AYB-dən repressiya qurbanlarına görə cavab verməyi tələb eləyirlər, ermənilərdən Xocalıya görə cavab verməyi yox. Halbuki, repressiya bütün SSRİ-də aparılırdı. AYB nəkarə idi ki, Stalinin, Mircəfər Bağırovun qabağını ala. Vallah, müasir yazıçıların əksəriyyətinə “xox” eləsən, ailəsini təhdid eləsən, dırnaqlarını çıxartsan, bir-birlərini “baqaja” qoyarlar. Ucuz, Biləcəridən o yana getməyən şöhrətin davasını aparırlar bunlar.

 

 

- Guya sən özün burdan getmək istəməmisən?

 

 

- İstəyirəm, niyə istəmirəm. Uşaqlarımın həyatı fərqli olsun istəyirəm. Amma mən qaçmaq yox, köçmək istəyirəm. Buna ilk imkan olan kimi gedəcəm. Elsevər razılaşmır. O, doğma yurda, ulu əcdadlara, vətənə, millətə bağlı adamdı. Adı kimi, özü də el sevərdi.

 

 

- Sən də təxəllüs götürmüsən Elsevər adını?

 

 

- Mən də eli sevən Elsevəri sevirəm.

 

 

- Ədəbiyyata gəlməsəydin qız qarıya bilərdin xəbərin var? Ədəbiyyatdan yenə nə istəyirsən?

 

 

- Mən zirək qız idim, küllükdən də ər tapacaqdım. Elə bilirsən, ədəbiyyat adamı xoşbəxt eləyir? Adamlar var ki, Nazim Hikmətdən, Lorkadan, Camal Sürəyyadan şeirlər oxumuşam, deyib burda nə var e, buna şeir deyirsən? Mənim onda o adama yox, özümə yazığım gəlib. Ədəbiyyat və incəsənət bütün yaxşı insanların bu dözülməz dünyada ətəyindən yapışıb qala bildikləri yeganə vasitədir.

 

 

 

Hamama girmirdi, iy verib iylənirdi

 

 

- Tez-tez dalımızca danışırlar? Niyə bizi gözləri götürmür?

 

 

- Əşi, nəyimizi gözləri götürməyəcək? “Nobel”almamışıq, “Buker”ə layiq görülməmişik. Söz tapmırlar da danışalar. Azərbaycanda ziyalılar da qeybətcildir. Bayaqdan elə səninlə gör nə qədər adamın qeybətini elədik. Ən ziyalı qadın da evinə gəlib ailə sirrini, yaxud çatışmayan cəhətini aləmə hay vura bilər. Səni gözdən salmaq üçün ağzına gələni danışar. Məsələn, deyə bilər ki, “filankəs hamama girmirdi, iy verib iylənirdi, işdən gələn kimi onu güclə itələyib hamama salırdım...”

 

 

- Əzizim, bizimki qeybət deyil. Yazacağıq, oxuyacaqlar. Xəbərləri olmasa, dallarınca danışsaq, olar qeybət. Bir də ki, mən eşitməmişəm, nə vaxt sənin haqqında belə deyiblər?

 

 

- Yox, bunu başqasının haqqında deyiblər.

 

 

Duraq evi tozsoranlayaq

 

 

 

- Özün haqqında deyilənləri niyə demirsən?

 

 

- Dəlisən. Başın xarabdır? Niyə deyək, qarğa, qarğa, məndə qoz var. Camaat ayıbını gizlədir. Sən də ki! Onsuz da əsgimiz tüstülüdü, qoy oturmuşuq. Bəsdir də, sən Allah qəmişini çək məndən.

 

 

- Bir suala da cavab ver, duraq evi tozsoranlayaq.

 

 

- “Ən çox sevdiyiniz yazar kimdir?” ”“ Bunu soruşacaqsan?

 

 

- Mən oxumadığım bütün yazıçıları sevirəm. Çünki yalnız onların səhvlərini, qüsurlarını görmürəm.

 

 

- “Məncə, tam səmimi olmadın?”

 

 

- Tam səmimi olaq, desinlər bambılıyıq? Bu ölkədə deyirlər ki, yalnız qeyri-intellektual olanlar səmimidir. Səmimi olmayaq, elə bilsinlər, intellektualıq. Sənə qonorar verəcəklər?

 

 

- Bilmirəm.

 

 

- Bəs bu müsahibənin qonorarı kimə düşəcək?


- Mən nə bilim...

 

Похожие новости
17:53, Сегодня
В Астаринском районе арестован автохулиган - ФОТО
17:50, Сегодня
Британия расширила на 13 позиций санкционный список по Ирану
17:47, Сегодня
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
17:44, Сегодня
Число заявок на пособие по безработице в США составило 212 тыс.
17:34, Сегодня
Иран пригрозил ударить по ядерным центрам Израиля
17:30, Сегодня
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
17:29, Сегодня
В столице выявлены случаи незаконного использования воды - ФОТО
17:29, Сегодня
В Гаджигабуле поезд насмерть сбил женщину
17:22, Сегодня
Почему на имущество Рагсаны Исмайыловой наложен арест?
17:21, Сегодня
Генпрокурор Азербайджана находится с визитом в Китае
17:17, Сегодня
Посол США: С нетерпением ждем дня, когда территория Азербайджана будет очищена от мин
17:13, Сегодня
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
17:08, Сегодня
Военный атташе США в Армении посетил Гюмри
16:53, Сегодня
Новый подводный дрон США сможет "кормить" себя самостоятельно - ВИДЕО
16:37, Сегодня
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
16:20, Сегодня
Польские фермеры возобновили протесты на границе с Украиной
15:52, Сегодня
СМИ: США одобрили операцию Израиля в Рафахе за отказ бить по Ирану
15:39, Сегодня
МИД Германии вызвал посла РФ после задержания подозреваемых в шпионаже
15:26, Сегодня
Украина запросила аварийную помощь из Европы из-за дефицита в энергосистеме
12:30, Сегодня
Азербайджанская певица вышла замуж - ФОТО/ВИДЕО
12:25, Сегодня
Европейский инвестбанк предоставит помощь в 560 млн евро на восстановление Украины
12:15, Сегодня
Инженер Boeing рассказал Конгрессу США о риске авиакатастрофы
12:12, Сегодня
В Азербайджане 21 апреля выпускные экзамены сдадут более 46 тыс. учащихся
12:03, Сегодня
Лига конференций УЕФА: сегодня пройдут ответные игры 1/4 финала - АФИША
12:02, Сегодня
Презентована новая версия азербайджанской евровидийной песни "Özünlə apar" - ВИДЕО
11:57, Сегодня
На выезде с Бакинского автовокзала на Кольцевую дорогу движение транспорта будет ограничено
11:44, Сегодня
Вице-канцлер Германии прибыл с необъявленным визитом в Киев
11:08, Сегодня
Полузащитник "Реала" Вальверде: "Манчестер Сити" играет в футбол лучше нас
11:01, Сегодня
В Азербайджане будет продаваться обогащенная железом мука
10:56, Сегодня
В Азербайджане скончалась дочь продюсера - ФОТО
10:51, Сегодня
Лига Европы УЕФА: сегодня определятся полуфиналисты - АФИША
10:25, Сегодня
Азербайджанские гимнасты вышли в финал Кубка мира
10:16, Сегодня
Air Arabia возобновила полеты из аэропорта Шарджи
10:13, Сегодня
В Ханкенди обнаружено оружие и боеприпасы
10:04, Сегодня
В Агдамском районе обнаружены минометные установки - ВИДЕО
10:00, Сегодня
В Кыргызстане перестал открываться TikTok
09:45, Сегодня
Турнир претендентов: Абасов проиграл Фируздже
09:37, Сегодня
Президент Узбекистана прибыл с госвизитом в Душанбе
09:35, Сегодня
В Баку столкнулись грузовик и легковой автомобиль, есть погибший
09:35, Сегодня
Госдеп прокомментировал вывод росмиротворцев из Карабаха
09:19, Сегодня
Официальный курс азербайджанского маната к мировым валютам на 18 апреля
09:11, Сегодня
Азербайджанская нефть подешевела
09:10, Сегодня
"Самый позорный титул в карьере": в Китае расследуется подозрительный финиш на полумарафоне - ВИДЕО
09:04, Сегодня
На каких улицах столицы наблюдаются транспортные заторы? - СПИСОК + ФОТО
08:56, Сегодня
Президент Кыргызстана совершит официальный визит в Казахстан
08:41, Сегодня
"Зеленые" проекты являются одним из приоритетных направлений для SİF - председатель
08:16, Сегодня
ФРС не планирует снижать процентные ставки
07:59, Сегодня
Британский актер Хью Грант урегулировал спор с медиахолдингом за "огромную сумму денег"
07:44, Сегодня
Трамп встретился с президентом Польши в Нью-Йорке
04:56, Сегодня
Футбольные правила хотят изменить из-за вратарей
04:16, Сегодня
Новые кадры из Карабаха: на освобожденных землях продолжаются строительно-восстановительные работы - ВИДЕО
02:54, Сегодня
Пашинян: Близость Азербайджана должна воодушевлять армян
02:15, Сегодня
"Реал" в серии пенальти победил "Ман Сити" и пробился в полуфинал Лиги чемпионов - ВИДЕО
01:25, Сегодня
"Бавария" обыграла "Арсенал" и вышла в полуфинал Лиги чемпионов - ВИДЕО
01:17, Сегодня
СМИ: В результате проливных дождей в Пакистане погибли 65 человек
01:16, Сегодня
Хроника Западного Азербайджана: Гемерли - село, названное в честь тюрок-киммерийцев - ВИДЕО
01:01, Сегодня
«Бавария» вышла в полуфинал Лиги чемпионов
00:21, Сегодня
650 тысяч мужчин призывного возраста покинули Украину
00:19, Сегодня
Сотни людей не могут попасть в аэропорт Дубая - ВИДЕО
00:08, Сегодня
Минул 31 год со дня Башлыбельской трагедии
00:08, Сегодня
Пашинян прокомментировал вероятность проведения досрочных выборов перед делимитацией границ с Азербайджаном
17 Apr 2024 | 23:55
Определился первый финалист Кубка Азербайджана по баскетболу
17 Apr 2024 | 23:48
В Баку состоится чемпионат страны по борьбе среди юниоров
17 Apr 2024 | 23:38
Ферстаппен вошел в топ-100 самых влиятельных людей планеты
17 Apr 2024 | 23:02
Лига чемпионов АФК: "Аль-Хиляль" проиграл "Аль-Айну" и прервал свою рекордную серию - ВИДЕО
17 Apr 2024 | 22:15
Видеоблогер Гусейн Гасанов рассказал о сложной ситуации в Дубае - ВИДЕО
17 Apr 2024 | 22:02
Премьер Грузии назвал президента страны агентом иностранного влияния
17 Apr 2024 | 22:00
Дональд Герье: Азербайджан - мой дом, хочу вернуться туда
17 Apr 2024 | 21:07
СМИ: Иран эвакуирует офицеров КСИР из Сирии из-за вероятной атаки Израиля
17 Apr 2024 | 20:54
Turkish Airlines заключит крупный контракт с Rolls-Royce Holdings Plc и Airbus SE
17 Apr 2024 | 20:36
Фон дер Ляйен заявила о росте военных бюджетов стран ЕС
17 Apr 2024 | 20:30
Самой населенной в мире страной является Индия
17 Apr 2024 | 20:11
Прошли учения Отдельной общевойсковой армии- (фото, видео)
17 Apr 2024 | 20:03
Во ввезенной в Азербайджан из России продукции обнаружены бактерии
17 Apr 2024 | 19:54
В Баку пытавшийся скрыться от полиции водитель Porsche совершил опасные маневры - ВИДЕО
17 Apr 2024 | 19:30
Кобахидзе: Грузия не откажется от принятия закона об иноагентах
17 Apr 2024 | 19:27
Глава МИД Азербайджана встретился с генсеком СВМДА - ФОТО
17 Apr 2024 | 19:18
В жилмассиве Дарнагюль загорелась деревянная постройка - ВИДЕО
17 Apr 2024 | 19:15
ЕС предоставит Армении 10 млн евро
17 Apr 2024 | 19:02
В Азербайджане несколько регулярных автобусных маршрутов будут выставлены на конкурс
17 Apr 2024 | 18:47
Фидан и Хания обсудили положение дел в Газе- (фото)
17 Apr 2024 | 18:43
В бакинской тюрьме скончался осужденный
17 Apr 2024 | 18:25
В Абшеронском районе обнаружено тело 30-летнего мужчины
17 Apr 2024 | 17:58
С какого возраста следует принимать препараты для разжижения крови?
17 Apr 2024 | 17:55
В Баку руководство кондитерской наказано за сбыт просроченных тортов - ФОТО
17 Apr 2024 | 17:52
Бербок призвала Израиль проявить «сдержанность» в ответ на атаки Ирана
17 Apr 2024 | 17:50
В Азербайджане предложено создать «зеленый» университет
17 Apr 2024 | 17:49
AZAL и DFS Aviation Services заключили соглашение по оснащению аэропорта в Лачыне - ФОТО
17 Apr 2024 | 17:44
Азербайджан и Татарстан обсудили направления развития экономического партнерства - ОБНОВЛЕНО + ФОТО
17 Apr 2024 | 17:42
Опубликованы новые кадры Российского миротворческого контингента, покидающего Азербайджан - ОБНОВЛЕНО + ВИДЕО
17 Apr 2024 | 17:40
В Хазарском районе задержан подозреваемый в незаконном хранении оружия
17 Apr 2024 | 17:37
Эбрахим Раиси: Малейшая агрессия Израиля против Ирана приведет к конфронтации
17 Apr 2024 | 17:36
Госдума РФ: Миротворцы в Карабахе больше не нужны
17 Apr 2024 | 17:29
Ильхам Алиев подписал распоряжение о городе Шуша
17 Apr 2024 | 17:27
Народный писатель Чингиз Абдуллаев выписан из больницы - ФОТО
17 Apr 2024 | 17:26
TƏBİB о ДТП с участием известной ведущей Айтен Сафаровой - ОБНОВЛЕНО - ВИДЕО
17 Apr 2024 | 17:22
Азербайджан на взаимной основе отменяет визовый режим с еще одной страной
17 Apr 2024 | 17:15
На заседании Комиссии по вопросам помилования рассмотрено более 100 обращений
17 Apr 2024 | 17:12
Действующий председатель ОБСЕ посетит Азербайджан
17 Apr 2024 | 17:08
У парламента Грузии возобновились задержания протестующих - ВИДЕО
ЕЖЕДНЕВНО
17 Apr 2024 | 19:30
Кобахидзе: Грузия не откажется от принятия закона об иноагентах
17 Apr 2024 | 19:27
Глава МИД Азербайджана встретился с генсеком СВМДА - ФОТО
17 Apr 2024 | 20:30
Самой населенной в мире страной является Индия
17 Apr 2024 | 20:54
Turkish Airlines заключит крупный контракт с Rolls-Royce Holdings Plc и Airbus SE
17 Apr 2024 | 19:54
В Баку пытавшийся скрыться от полиции водитель Porsche совершил опасные маневры - ВИДЕО
17 Apr 2024 | 20:03
Во ввезенной в Азербайджан из России продукции обнаружены бактерии
17 Apr 2024 | 19:18
В жилмассиве Дарнагюль загорелась деревянная постройка - ВИДЕО
17 Apr 2024 | 18:43
В бакинской тюрьме скончался осужденный
17 Apr 2024 | 19:15
ЕС предоставит Армении 10 млн евро
17 Apr 2024 | 18:47
Фидан и Хания обсудили положение дел в Газе- (фото)
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
Ежемесячно
17 Apr 2024 | 19:30
Кобахидзе: Грузия не откажется от принятия закона об иноагентах
17 Apr 2024 | 19:27
Глава МИД Азербайджана встретился с генсеком СВМДА - ФОТО
17 Apr 2024 | 20:30
Самой населенной в мире страной является Индия
17 Apr 2024 | 20:54
Turkish Airlines заключит крупный контракт с Rolls-Royce Holdings Plc и Airbus SE
17 Apr 2024 | 19:54
В Баку пытавшийся скрыться от полиции водитель Porsche совершил опасные маневры - ВИДЕО
17 Apr 2024 | 20:03
Во ввезенной в Азербайджан из России продукции обнаружены бактерии
17 Apr 2024 | 19:18
В жилмассиве Дарнагюль загорелась деревянная постройка - ВИДЕО
17 Apr 2024 | 18:43
В бакинской тюрьме скончался осужденный
17 Apr 2024 | 19:15
ЕС предоставит Армении 10 млн евро
17 Apr 2024 | 18:47
Фидан и Хания обсудили положение дел в Газе- (фото)
Писатели