Moderator.az-ın məlumatına görə,“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi könüllü təlimlərə start verib. Belə ki, bölgələrdə qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində sosial işçilər lazımi bilgilərlərə yiyələnəcəklər. Təlim ali məktəblərdə sosial iş üzrə təhsil alan tələbələrlə aparılır. Onlara sosial işin təşkili və psixoloji yardım edilməsi üçün gərəkli məlumatlar oyrədilir. Həmçinin, təlim prosesində həssas qrupdan olan məişət zorakılığı və insan alveri qurbanlarıyla sosial işin xususiyyətlərinə dair təlimlər keçirilir. Təlimin rəhbəri Mehriban Zeynalova bildirib ki, bu cür könüllü təlimlərin keçirilməsində əsas məqsəd gələcəkdə sosial işçilərin regionlarda belə qruplarla işşləmək bacarığını təkmilləşdirmək və nəzəri və praktik biliklərini yüksəltməkdir. Təlimlər 1 ay müddətində həyata keçiriləcək. Müddət bitdikdən sonra il ərzində mütəmadi olaraq yeni qrupların təlimə cəlb edilməsi nəzərdə tutulur. Təlimdə ölkədə məişət zorakılığının aradan qaldırılması haqda qanunun və eləcə də insan alverinə qarşı mübarizə haqda qanunun müddəaları rəhbər tutulur. Təlim dövlət proqramlarına icrasına dəstək məqsədi daşıyır. İctimai Birlik sosial işçilər üçün Bazar günü məktəbləri də həyata keçirir, sosial işçilərin işçilərin təcrübələrinin artırılması istiqamətində iş aparır.