“Viktor Yanukoviçin həbs olunmasıı məsələsi gündəmdədir”.
Bu haqda Moderator.az Rusiyanın “İTAR-TASS” agentliyinə istinadən xəbər verir. Məlumata görə, məhkəmə Yanukoviçin həbsi ilə bağlı orderi Ukrayna Baş Prokurorluğuna verib.
Agentliyin verdiyi məlumata əsasən, eyni qərar Ukraynanın Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Yakimenko və cari rəhbəri Valentin Nalivayçenko qarşı da tətbiq edilməkdədir.
Yanukoviç və Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli şəxsləri fevralın sonundann etibarən axtarışdadır. Kiyevin yeni hakimiyyəti onları 18-22 fevral tarixlərində Ukraynanın paytaxtı mərkəzində fəalların ölümündə günahlandırılırlar.
Qeyd edək ki, Ukraynanın eks-prezidenti Cinayət Məcəlləsinin 115 maddəsinin 2,1 bəndlərinə uyğun olaraq, iki və ya daha çox adam öldürmə ilə təqsirləndirilir.