Moderator.az FaktXəbər-ə istinadən məlumat verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ölkəsinin Qərblə hazırkı durumu barədə yerli mediaya açıqlama verib. Rusiyalı diplomat bildirib ki, Qərb BMT Baş Assambleyasında özünə sərf edən nəticəyə çatmaq üçün digər ölkələrə təzyiq göstərir, lakin bu, Rusiya ilə soyuq münasibətlərin uzun müddətli olacağı mənasını vermir.
Vitali Çurkin "NTV" telekanlına müsahibəsində daha sonları bunları deyib: "BMT-də təzyiq əlbəttə mövcuddur. Hətta qurumda sonuncu dəfə keçirilən səsvermə zaman Qərb tərəfdaşlarımız Asiya və Afrika ölkələrinə iqtisadi əlaqələri əsas gətirərək təzyiq etmiş və özünə sərf edən səsləri almışdı. Biz bu üsullardan istifadə etmirik. Fikrimcə, Rusiya və Qərb arasında mövcud soyuq münasibətlər çox davam etməyəcək. Krımın Rusiyanın ərazisi kimi dünya ictimaiyyəti tərəfindən tanınması sadəcə vaxt məsələsidir. Bu yeni geosiyasi faktdır və Krım Rusiyanın tərkibinə daxil olub."