Aprelin 8-də Ağdaban faciəsinin 22-ci ildönümü tamam olur. Moderator.az olaraq bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Ağdaban olaylarına nəzər salmağı vacib hesab edir və ümid edirik ki, bu soyqırımına rəvac verən şəxslər nə zamansa məsuliyyətə cəlb olunacaq.
1992-ci il aprel ayının 8-də tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri- Ağdaban soyqırımı baş verib. Bu, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi növbəti soyqrım idi. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni seperatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.
1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş ”“baş qaldı.
Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn, evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək- əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında imiş. HAŞİYƏ. Mə`lum olduğu kimi 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başladılar. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər. Bəli, Ağdaban kəndi mühasirəyə alınmışdı.
Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi.
Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. Xalqın iradəsiylə "Kəlbəcərin müdafiəsinə fövqəl`adə yardım komitəsi" yaradıldı.Camaatın qəti tələbi ilə bu komitəyə rəhbərlik etmək bu sətirləri yazana tapşırıldı.Komitə qısa müddət ərzində böyuk tədbirlər həyata keçirdı.Orduya kömək xeyli artırıldı.Əhalidə müdafiə olunacağına ümid yarandı.Rayon əhalisinin ciddi tə`kidi ilə Kəlbəcərə göndərilən polkovnik/indi general Zaur Rzayev briqada komandiri və hərbi komendant tə`yin edildi.Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi.
Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövrüyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamışdır.
Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilmişdir.