"Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar nəticə etibarilə Azərbaycana da öz təsirini göstərəcək”.
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin sözlərinə görə, Rusiya iqtisadiyyatının zəifləməsi hər şydən öncə bu ölkədəki soydaşlarımızın Azərbaycana göndərdiyi maddi vəsaitlərin həcmində özünü hiss etdirəcək:
“Bir faktı nəzərə almaq lazımdır ki, Rusiyada iki milyona yaxin soydaşımız var. Onlar bu ölkədə yaşayır, bu ölkədə çalışırlar. Əgər Rusiya iqtisadiyyatı ziyan çəkərsə, təbii ki, onların maddi durumu aşağı düşəcək və Azərbaycana gələn vəsait azalacaq. O insanların əksəriyyəti regionları təmsil edirlər. İndi özünüz təsəvvür edin ki, onların göndərdiyi vəsait azalarsa, hansı vəziyyət yaranacaq. Bunu aydın təsəvvür etmək üçün sadəcə gözünüzün qarşısına 2009-cu ili gətirməyiniz yetərlidir”.
Seymur Əliyev