ADP sədri Sərdar Cəlaloğlu Rusiyanın keçmiş SSRİ respublikalarına yönəlik siyasətində baş verən son radikal dəyişikliklərlə bağlı Moderator.az-a açıqlama verib. Açıqlamada deyilir:
“Son vaxtlar Rusiyanın yenidən imperiya ambisiyalarını ortaya qoyması keçmiş müstəmləkəsi olmuş müstəqil dövlətlərin suvernliyini təhdid etməsi, SSRİ-nin bərpası və ya buna alternativ olaraq Avrasiya İttifaqının yaratması ilə bağlı təşəbbüsləri əslində çar Rusiyası və SSRİ-nin varisi kimi çıxış edən Rusiyanın işğal altında saxladığı bu dövlətlərin xalqlarına qarşı aparılmış diskriminasiya, genosid, deportasiya və milli asimliyasiya siyasətinə görə məsuliyyətə cəlb edilməməsi omuşdur.
Bu gün müstəqilliyi təhdid altında olan bütün dövlətlər çar Rusiyası və sovet dönəmində rus hakimiyyətinin işğal altında saxladığı xalqlara qarşı apardığı çinayətkar siyasətə görə beynəlxalq məhkəməyə müraciət etməlidirlər. Məhz Rusiyanın Azərbaycanı işğalı nəticəsində ərazilərimizin böyük hissəii Rusiya tərəfindən qonşu xristian xalqlara verilmiş, mədəni inqilab dövründə 75 min Azərbaycanlı ziyalı məhv edilmiş, Azərbaycan xalqının dini inanc və mədəniyyətinə ciddi zərbələr vurnmuş, xalqımıza məxsus qiymətli tarixi maddi -mədəniyyət nümunələri, əlyazmalar və digər sənəd nümunələri Rusiyaya daşınmışdır..
Rusiya eyni zamanda, işğal altında saxladığı Azərərbaycandan 70 il ərzində bir milyard tondan artıq neft çıxarmış və bu neftdən nəinki Azərbaycan büdcəsinə vəsait daxil edılmiş, əksinə neftin çıxarılmasına görə Azərbaycandan əlavə vəsait alınmışdır. Rusiyanın ayrı-seçkilik siyasəti nəticəsində keçmiş SSRİ respublikalarında genosid nəticələrinə gətirib çıxaran ağır sosial-iqtisadi şərait yaranmışdır. Hətta 30-cu illərdə Ukraynada kütləvi aclıq vətəndaşları insan əti yeməyə məcbur etmişdir”.