Moderator.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində 01 aprel 2014”“cü il tarixindən “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layiÂhəÂ həyata keçirir. Sözügedən qurum tərəfindən redaksiyamıza daxil olan məlumatda deyilir:
“Layihənin əsas məqsədi Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin həyatda rastlaşdıqları sosial problemlərinin araşdırılması və aidiyyəti dövlət təşkilatları vasitəsilə hüquqlarının təmin edilməsinə, eyni zamanda əlil məhbusların həbsdən azad olunduqdan sonra həyata adaptasiya etmələrinə dəstək olmaqdan, o cümlədən, bu istiqamətdə onlarla maarifləndirmə işi aparmaqdan ibarətdir.
Bu məqsədlə layihənin kordinatoru Tahir Xudiyev, kordinator köməkçisi Məlahət Abdullayeva, layihədə könüllü iştirak edən Rəsmiyyə Məmmədcanova və Humay Məmmədcanlı 15 aprel tarixində 7 saylı CÇM-da cəzaçəkən imtiyazlı məhbus, məcburi köçkün Səxavət Hüseynovun öz müraciətinə əsasən qardaşı, məcburi köçkün Zaur Hüseynovun ailəsində oldular. Məhbus Səxavət Hüseynovun anası Nazilə xanım və qardaşının 4 nəfərdən ibarət olan ailəsi məcburi köçkün kimi Əhmədli qəsəbəsində uşaq bağçasında, çox pis şəraiti olan kiçik bir otaqda yaşayırlar. Ailənin ən kiçik üzvü olan, dünyaya yenicə gəlmiş körpənin doğum evində xüsusi diqqət və qayğı ilə əhatə olunmasını üçün bizim tərəfimizdən səy göstərilmiş, həmçinin evlərində olarkən onların problemləri ilə yaxından maraqlanmış və körpəyə ərazidəki 9 saylı uşaq poliklinikasında xüsusi qayğı göstərilməsi üçün Baş həkim Aidə Hüseynzadəyə müraciət etmişik. Aidə xanım isə öz növbəsində bu müraciətə müsbət yanaşmışdır.
Məhbus Səxavət Hüseynov həm də öz ailəsinin sosial problemi ilə məşğul olmağımızı bizdən xahiş etmişdir. Onun ailəsi məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşmışdır. Onların sosial problemləri ilə yaxından tanış olmaq üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri yaxın günlərdə ora ezamiyyətə getməyi planlaşdırıb.
Bundan əlavə layihə çərçivəsində Maştağa qəsəbəsində yaşayan çox uşaqlı, imkansız ailənin başçısı Həsənxan Niyətovun müraciətinə əsasən nəvəsi Xəqani Niyətova adenotomiya əməliyyatı etdirib. Cərrahiyyə əməliyyatı Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında həyata keçirilib.
Layihə çərçivəsində Qubadlı rayonundan məcburi köçkün, 1-ci qrup əlil Rasim müəllimlə görüşülüb, ona psixoloji və mənəvi dəstək olunub”.