Moderator.az xəbər verir ki, Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə tədbir dünya şöhrətli bəstəkarın adidəsi önündə keçirilib. Mərasimdə bəstəkarın qohumları, ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri iştirak edib.
Uşaq Yaradıcılıq Mərkəzinin “Cücələrim” rəqs qrupunun rəqs nömrəsi ilə təbdir açıq elan edilib. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, dahi bəstəkarın yaxın qohumları dünya şöhrətli bəstəkarın simli kvartet, fortepiano üçün pyesləri, dram tamaşalarına bəstələdiyi musiqi və mahnılardan söz açıblar.
Yığıncaqda bildirilib ki, Azərbaycanın əməkdar incəsənət xadimi Qəmbər Hüseynli təkcə “Cücələrim” mahnısını bəstələməklə Azərbaycan musiqisini, Azərbaycan adlı bir məmləkəti bütün dünyada tanıdıb və sevdirib.
Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. bəstələri Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tərəfindən ifa olunub.