Xalq arasında "Sürət Hüseynovun dəstəsi" adlandırılan Azərbaycan Ordusunun 123 saylı alayın qərargah rəisi Nazim Bayramov eks-spiker Rəsul Quliyevin bir neçə gün öncə Moderator.az saytında AXC iqtidarının Surət Hüseynovun dəstəsinin qarşısndan qaçmaları barədəki yazısına cavab göndərib. N.Bayramov xahiş edib ki, o həmin hadisələrin nəinki iştirakçısı, demək olar ki, nüvəsində olan və bütün təfsilatları görmüş bir zabit olduğu üçün ona cavab haqqı tanıyaraq tribuna verək. Ona görə də ona bu haqqı tanıdıq:
“1993-cü ilin aperilin 1-də yaradılmış 709
saylı briqada əsasən bir həftə öncə buraxılmış 123-cü alayın döyüşçülərindən
formalaşdırılmışdı. Mən, həmçinin 4 iyun
hadisələrindən sonra Göyçay- Ağsu-
Şamaxı yolu ilə hərəkət edən 250 nəfərlik dəstəyə başçılıq etmişəm.
İndi isə Rəsul Quliyevin yazdıqlarına münasibətimi
bildirmək istəyirəm:
Surət Hüseynovun 20 ildən artıq susması fonunda Qarabağ müharibəsi və Azərbaycanın ən yeni tarixində baş vermiş hadisələrin gedişatının və əsl mahiyyətnin saxtalaşdırılmasına çoxdan təəccüblənmirəm.
Ancaq
saytınızda Rəsul Quliyevin Natiq Cəfərliyə cavabı məni “4 iyun” hadislərin bilavasitə
iştirakçısı kimi heyrətləndirdi. Deyək ki, REAL funksioneri Natiq Cəfərli gəncdi,
bilmir, müəyyən təbliğatın qurbanıdı. Ancaq Rəsul Quliyev axı “4 iyundan”
sonrakı hadisələrin birbaşa iştirakçısıdı və hadisələri bu dərəcədə təhrif etməməli idi.
Əvvəlcə, bu hadisələr haqqında fikir bildirmək istəyənlərin
nəzərinə çatdırmaq istəyirəm ki, siyasətdən danışmaq istəyirlərsə, siyasətdən danışsınlar, öz çirkli əllərini və murdar dillərini Azərbaycan
əsgərinə uzatmasınlar.
Azərbaycanın
Milli Qəhrəmanı Surət Hüseynovun 12 fevral 1993-cü ilə qədər rəhbərlik etdiyi
36 minlik Qarabağ Korpusunun bölmələri Qarabağın yarısını azad etmiş, yağı düşmənin
“Arabo” kimi elit dəstələrini məhv etmişdilər, 1992-ci ilin oktyabırında Ermənistanı
Azərbaycanla qeyd-şərtsiz, birbaşa və bilavasitə danışıqlara vadar etmişdi. Sürət
Hüseynovun ətrafında Vaqif Qurbanov,
Xosrov Əhmədov, Mehman Ələkbərov, Xaqani Axundov kimi Vətənin qeyrətli oğulları,
Şəhidlər olmuşdu.
Biz Vətən
uğrunda döyüşən zaman Rəsul Quliyev kimiləri
Azərbaycanın sərvətlərini talayır, ermənilərə Gürcüstan ərazisindən
yanacaq satırdılar. İndi isə Rəsul Quliyev törətdiyi dövləti cinayətlərə görə
uzaq ölkələrdə vicdan səsini alkoqolla susduraraq, mənəvi və psixoloji deqradasiyaya
uğramaqdadı.
İkincisi, S. Hüseynovun silahdaşları Rəsul Quliyevin “
Göyçayda əlini öpməyə” cəhd edə bilməzdilər, çünki məlumdu ki, o, 4 iyundan sonra Heydər Əliyevi
Gəncəyə müşayət edərkən, kortej Bakı- Kürdəmir- Yevlax- Gəncə marşrutu ilə gəlmişdi
və həmin marşrutla qayıtmışdı. Bəlkə alkoqol Rəsul Quliyevin yaddaşını pozub?
Bir də ki, “qiyamçılar” devirdikləri hökümətin hansısa
məmurunun əlini niyə öpməli idilər ki? Gülünc uydurmadı.
Gercəkdə isə Rəsul
Quliyev Bakı- Gəncə yolunda 709-cu briqadanın bir qrup əsgərləri ilə
rastlaşdıqda qorxudan titrəyən səslə əsgərlərə: “Azərbaycanın qeyrətli
oğulları! Siz adlarınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazmısınız!” və nəinki
709-un əsgərlərini, tankımızı da öpməyə cəhd etmişdi. O vaxta kimi Qarabağın
yolunu belə tanımayan məmurun bu sözlərini və hərəkətlərini müharibənin od-
alovundan çıxmış aslanlar istehza ilə qarşılamışdılar.
Bəlkə S. Hüseynovla görüşmək üçün Gəncə şəhər İcra
Hakimiyyətinin qonaq evinin binasına daxil olarkən, işıqların sönməsi və Rəsul
Quliyevin qorxudan təşvişə düşüb, az qala bayılacağını yada salım? Bu anın
videoçəkilişi var, baxıb, yaddaşını təzələyə bilər.
Ununtmayaq ki, AXC iqtidarının 4 iyun 93-cü ildə Gəncədə
709 saylı h/h-yə qarşı keçirtdiyi və sonunu labüdləşdirdiyi qanlı “Tufan” əməliyyatı
nəticəsində ölkədə baş vermiş xalq üsyanının və hakimiyyət böhranın fəsadlarını
aradan qaldırmaq üçün H. Əliyevi Bakıya
dəvət etməkdən başqa çıxış yolunun olmadığına Ə. Elçibəyi inandıran əsas fiqur
Rəsul Quliyev olmuşdu.
Baş nazirin
müavini olmuş, AXC iqtidarını çıxılmaz vəziyyətə salan şəxslərdən biri kimi,
AXC iqtidarını hakimiyyəti qorumamaqda ittiham etməyə Rəsul Quliyevin ən azı mənəvi
haqqı yoxdur.”