BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlu Moderator.az-a açıqlamasında Rusiyanın işğalçı siyasətindən danışıb:
“Özünün təcavüzkar, qəsbkar siyasətinə qarşı beynəlxalq aləmdən güclü əks tədbirlər görməyən Rusiya beynəlxalq hüquq əleyhinə misli görünməmiş demarşını davam etdirməkdədir. İş o yerə çatıb ki, V.Putinin Avroasiya layihəsinin təşəbbüskarlarından və ilhamvericilərindən biri olan, Rusiya Federasiyası Dövlət Dumasının sədri S.Narışkinin yanında ekspert şurasının üzvü Aleksandr Dugin dövlətlərarası münasibətlərdə yol verilməz hesab edilə biləcək sensasion bəyanatla çıxış edib və Krım hadisələrində Azərbaycanın tutduğu mövqeyə görə onu hədələyib. Minval.azın Yerkpamasa istinadən yaydığı xəbərə görə o, deyib ki, “Azərbaycan Saakaşvili və Kiyev xuntası kimi hərəkət edib, Rusiyanın əleyhinə çıxıb və biz bunun nə ilə nəticələndiyini görmüşük”¦Azərbaycan gözlənilmədən bizi satıb və bu bizim tərəfimizdən qiymətləndirilib”¦ Biz susacağıqmı? Əlbətdə yox. Onlar özlərini məhv etmək yolu ilə gedirlər”¦ Azərbaycanda talış, ləzgi və digər amillər var də və Azərbaycan onların ciddiliyini təsəvvürünə gətirmir”
Göründüyü kimi, Rusiyada müstəqil siyasət yürüdən Azərbaycanı cəzalandırmaq planı cızan, onu reallaşdırmaq üçün fürsət gözləyən quzğunlar var və onlar öz planlarını həyata keçirmək üçün ölkəmizdə etnik zəmində qarşıdurmalar yaratmaq istəyirlər. Bu quzğunlar “digər amillər də var” deyəndə yəqin Azərbaycanda mövcud olan və son zamanlar fəallaşan “beşinci kalonu” nəzərdə tuturlar. Təəsüf ki, ölkəmizdə “xilaskar XII Qızıl Ordunu” gözləyənlər var. Azəzbaycanda rusiyapərəst siyasi qüvvələrin mövcudluğunu, SSRİ-nin saxlanmasına, müstəqillyimizin əleyhinə səs verənlərin, 20 yanvarda Sovet Ordusunu ölkəmizə dəvət edənlərin hələ də həyatda olduğunu, onların yüksək vəzifələr tutduğunu, Milli Məclisdə təmsil olunduğunu unutmaq olmaz! Biz talışların, ləzgilərin və digər etnik azlıqların düşmən əlində alət olmayacağına əminik! Ona görə də Azərbaycanın müstəqilliyinin, süverenliyinin möhkəmləndirilməsi üçün ilk növbədə daxildə mövcud olan “beşinci kalon” zərərsizləşdirilməli, bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir!”