“Düşünürəm ki, Azərbaycanda jurnalist Rauf Mirqədirovu tanımayan adam yoxdur. Bu insan vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü olub və ömür boyu xarici dövlətlərə işləyib”.
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, Rauf Mirqədirov və Leyla Yunus hər zaman Azərbaycana qarşı təxrubatçı addımların atılmasında birgə iştirak ediblər:
“Bu mənada Rauf Mirəqdirovun dövlətə xəyanətdə ittiham edilməsi normal haldır. Bu gün Azərbaycanın inkişafına xələl gətirən insanlar kimliyindən asılı olmayaraq, hər biri məsuliyyət daşımalı və cinayətə sövq edilməlidir. Azərbaycanda Rauf Mirqədirov kimi insanlar da var.
Leyla Yunusun erməniləri müdafiə etməsinə də təəccüblənməməliyik. Əgər bir satqın digər bir satqını özünə qoşursa və birgə əməkdaşlıq edirlərsə, bunun özünün də cavab veriləsi nüanasları var. Hesab edirəm ki, Rauf Mirqədirovun Azərbaycanın əleyhinə işləməsi illərə söykənir. Bu insanlar Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsindən sonra Sürət Hüseynova işlədilər. Bu bir faktdır. Bunları Rauf Mirqədirovun yazıları da isbat edə bilər. Onlar düşünürdülər ki, Sürət Hüseynov hakimiyyətə gəlsə, hər şey dəyişə bilər. Bu mənada Rauf Mirqədirovla Leyla Yunus nəinki bugünün, illərin dostu və satqınlarıdır”.