Ukrayna olaylarından sonra rəsmi Moskvanın digər post-sovet ölkələrində də oxşar təxribatlara əl atacağı bu gün də beynəlxalq ictimaiyyətini narahat edən başlıca məsələlərdən biri hesab edilir.
Bununla bağlı Moderator.az-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev isə hesab edir ki, əslində Rusiya Ukraynada həyata keçirdiyi təxribatları Azərbaycanda da təkrarlamaq potensialına malik olsa da, indiki halda çətin ki, buna ehtiyac hiss etsin:
“Məsələyə nəzəri baxımdan yanaşsaq şübhəsiz ki, Rusiya Ukraynadakı təxribatları bu və ya oxşar şəkildə Azərbaycanda da gerçəkəşdirə bilər. Lakin hesab edirəm ki, buna ehtiyac yoxdur. Ən azından ona görə ki, Rusiya Ukrayna məsələsində üzləşdiyi problemlərlə Azərbaycan məsələsində üzləşmir. Bu baxımdan hesab edirəm ki, Rusiya Azərbaycanda belə bir ssenarini təkrarlamağa səy göstərməyəcək”.
Seymur Əliyev