Xəzər RPİ CAŞ əməkdaşlarının keçirdkləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Fərhad İslamovdan 1 ədəd tapança və ona aid 1 ədəd patron götürülüb.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdkləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Bəhlul Hüseynov tutulub.
Aprelin 23-də A.S.Hüseyn küşəsində Maştağa qəsəbə sakini Rüfət Kərimov Elman Quliyevə bıçaqla xəsarət yetirdiyinə görə, Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Nəsimi RPİ CAŞ və PPXB əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan Kürdəmir rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Vasif Babayevdən 1,621, Azər Qurbanovdan 1,400, Salman İbrahimovdan isə 1,225 qram heroin götürülüb.
Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tural Məmmədli tutulub. Müəyyən edilib ki, o, martın 10-na keçən gecə A.Nəsibov küçəsində Pərviz Şirinova məxsus «Porshe» markalı avtomobildən, şüşəni sındırmaqla telefon, martın 18-də M.Qaşqay küçəsində Mətanət Hümbətəliyevaya məxsus «Hyundai-Santafe» markalı avtomobildən, eyni üsulla içərisində 1000 manat və kosmetik ləvazimatlar olan əl çantası, aprelin 11-n keçən gecə isə Koveroçkin küçəsində İrina Hüseynovaya məxsus «Kia» markalı avtomobildən içərisində kosmetik ləvazimatlar olan əl çantasını oğurlayıb.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanan, əvvəllər məhkum olunmuş Cavid Məmmədovdan 11,93 qram marixuana götürülüb.