Moderator.az xəbər verir ki, görkəmli Azərbaycan şairi, filosov Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin şagirdləri tərəfindən səhnələşdirilib. Səhnəəsərinə mərkəzin müəlliməsi Abbasova Aynur quruluşu verib.
Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin direktoru Sevinc Ələkbərova tamaşanın sujet xətti haqqında yığıncaq iştirakçılarına ətraflı məlumat verib. Tamaşada rol alan və qısa zamanda işinin öhdəsindən layiqincə gələn fidanları təbrik edib.
Əcnəbi dildə səhnələşdirilən tamaşada Azərbaycan və ingilis dillərində Nizami Gəncəvi yaradıcılığı və “Leyli və Məcnun” poeması haqqında iştirakçılara məlumat verilib. Daha sonra “Leyli və Məcnun” əsərindən səhnəciklər ingilis dilində nümayiş olunub.
Səhnə tərtibatına vəquruluşuna görə fərqlənən tamaşa alqışlarla qarşılanıb. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov mərkəzin kollektivinə və səhnəəsrində rol alan şagirdlərə minnətdarlıq bildirib. Gələcək nəslin istedad və bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi məqsədilə bu qəbildən olan tədbirlərin önəminə diqqət çəkib.
Sonda xatirə şəkilləri çəkilib.