ABŞ Â«Qazprom» və Rusiya banklarının hesablarını dondura bilər. Belə bir bəyanatla Kiyevdə səfərdə olan senator Karl Levin çıxış edib.
Senatorun sözlərinə görə, ABŞ-a Rusiya aktivlərini, muxbir hesablarını dondurmağa imkan verən qanun mövcuddur. Obamanın əmri ilə bunu dərhal etmək müümkündür. «Biz Rusiyanın maliyyə, energetika, maşınqayırma və müdafiə sektoruna qarşı sanksiyalar tətbiq etmək səlahiyyətlərimizdən məqsədyönlü şəkildə istifadə etməliyik ki, Putin Ukraynadakı qanunsuz hərəkətlərinin lazımı cəzasını görsün. Bu səlahiyyətlər ABŞ-da muxbir hesabları olan Rusiya banklarına, o cümlədən «Qazprom»a qarşı güclü sanksiya tədbirləri görməyə imkan verir. Rusiyanın Ukraynadakı demokratik proseslərə zərbə vurmaq cəhdləri də cəzalanmalıdır», - deyə senator bəyan edib.