“Avropa və Baltik ölkələrindəki müxtəlif siyasətçilərin aqressiv ritorikalarını nəzərə alsaq, bir çoxlarının Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyin tərəfdarıdır”.
Bunu Moderator.az-a eksklüziv açıqlamasında Latviya Seyminin deputatı Valeriy Aqeşin 17 aprel Cenevrə razılaşmasına əməl etmədiyinə görə ABŞ-ın Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etməyə dair çağırışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu sanksiyalar tətbiq edilərsə, bir çox dövlətlər iqtisadi çətinlik çəkəcək:
“Əgər ABŞ və Aİ yeni sanksiyalar mərhələsinə keçid alarsa, bu bir çox dövlətlər üçün milyonlarla avro maddi vəsaitin itirilməsi ilə və böyük iqtisadi faciə ilə nəticələnər. Aydın məslədir ki, burada nəhəng dövlətlər geopolitik oyun oynayırlar. Lakin bununla yanaşı, mən hesab edirəm ki, bir çox siyasətçilər bu cür güc nümayiş etdirərkən, yeri gələndə dayanmağı da bacarmalıdır. Bir sözlə, qayıq üzən dənizi dalğalandırmaq lazım deyil”.