Moderator.az xəbər verir ki, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümü münasibəti ilə Gəncə şəhərində möhtəşəm tədbir keçirib.
Tədbir “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai
Birliyinin,Diasporla iş üzrə Dövlət Komitəsinin,Türdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
və İstanbul-Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan tədbir iki hissədən ibarət olub.Belə
ki İstanbul-Türkiyə-Azərbaycan Dostluq Dərnəyinin sədri Səfər Karaqoyunlunun rəhbərlik
etdiyi nümayəndə heyəti ilk olaraq Kəlbəcər rayon icra hakimiyyətinin başçısı
Aqil Məmmədovla görüşüblər.Sonra Kəlbəcər rayon Mədəniyyət evində türkiyəli
qonaqların iştirakı ilə ədəbi-bədii gecə
təşkil olunub.Mərasimi giriş sözü ilə açan Kəlbəcər rayon icra hakimiyyətinin
başçısı Aqil Məmmədov qonaqları salamlayıb və onların kəlbəcərlilərlə görüşünü
çox mühüm hadisə kimi qiymətləndirib.O həmçinin Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz
İslam Ordusunun Azərbaycana gəlişindən danışaraq bildirib ki,15 sentyabrda
Bakının rus-daşanak hərbi birləşməsindən azad olunması müstəqilliyimiz üçün
mühüm tarixi şərait yaradıb.O cümlədən Qafqaz
İslam Ordusu Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının təməlini qoyub. Sonra “Aşıq
Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Qurbanov çıxış edib.O
bildirib ki, 1918-ci ildə Azərbaycan xalqının
erməni daşnakları tərəfindən soyqırıma məruz qaldığı bir vaxtda Nuru Paşanın
komandanlığı altında Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun şücayəti tariximizə
qızıl hərflərlə yazılıb.Ermənilərin tarxi boyu Azərbaycana qarşı apardığı
soyqırım siyasətini xüsusi vurğulayan natiq torpaqlarımızın 20 faizinin hələ də
işğal altında olduğunu,erməni terrorunun davam etdiyini deyib.Qeyd olunub
ki,hazırkı Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin liderləri tərəfindən
çox yüksək səviyyədə qurulub və inkişaf etdirilməkdədir.
İstanbul-Türkiyə-Azərbaycan
Dərnəyinin sədri Səfər Karaqoyunlu isə çıxışı zamanı burda olmaqdan məmnunluğunu
ifadə edib.Türkiyəli qonaq bildirib ki, İstanbul-Türkiyə-Azərbaycan Dərnəyi
2011-ci ildə Ulu öndər Heydər Əliyevin
“Bir millət,iki dövlət” şüarı əsasında qurulub.Dərnək fəaliyyəti dövründə Azərbaycanın
tarixi-mədəni irsini öyrənməklə yanaşı, Azərbaycannın həm Türkiyə,həm də dünya dövlətləri ilə mədəni əlaqələrinin güclənməsinə öz töhfəsini
verməyə çalışıb.Və son 25 ildə mənfur ermənilərin qardaş Azərbaycanın başına gətirdiyi
faciələri dünyaya çatdırmaq istiqamətində addımlar atıb. İstanbul-Türkiyə-Azərbaycan
Dərnəyinin üzvü əslən azərbaycanlı Bahəddin bəyin göz yaşları içindəki çıxışı
isə hər kəsdə duyğulu anlar yaşadıb.
Türkiyə Respublikasının Gəncəyə yeni təyin
olunan Baş konsulu Orhan İşık fəaliyyətinin ilk gününün belə bir möhtəşəm tədbirlə
başladığını gələcək uğurlarının təməli hesab edib. “Aşıq Şəmşir Mədəniyyət
Ocağı” İctimai Birliyinin genişmiqyaslı layihələrindən məlumatlı olduğunu deyən
diplomat,görkəmli el sənətkarı,Azərbaycan Aşıq poeziyasının parlaq simalarından
olan Aşıq Şəmşirinin yaradıcılığını yüksək qiymətləndirib. Türkiyə-Azərbaycan
qardaşlığının bundan sonra da ən yüksək səviyyədə olacağına əminliyini ifadə
edib.
Sonra mərasim el sənətkarlarının,musiqi
qruplarının rəngarəng çıxışları ilə davam edib.Əməkdar mədəniyyət
işçisi,tanınmış aşıq Ədalət Dəlidağlının biri-birindən gözəl saz ifaları və
folklor nümunəsi olan “Maral oyunu” türkiyəli qonaqların böyük marağına səbəb
olub.
Qeyd edək ki, səfər proqramı çərçivəsində
Türkiyədən gələn nümayəndə heyəti Gəncənin tarixi yerlərini,Nizami məqbərəsini,Qala
qapısını,Göygöl rayonundakı Aşıq Şəmşirin abidəsini ziyarət ediblər.
Xatırladaq ki, Türkiyə-Azərbaycan Dərnəyinin
üzvləri həftə ərzində Bakı,Quba,Salyanda keçiriləcək tədbirlərdə iştirak etməklə
yanaşı,Şamaxıdakı Türk şəhidlərinin,Qubadakı Soyqırım abidəsini və məzarlığı
ziyarət edəcəklər.Bununla da onlar Azərbaycan-Türkiyə
qardaşlığını və birliyini bir daha dünyaya bəyan edəcəklər.