Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze və Gürcüstan Parlamentində təmsil olunan Azərbaycanlı deputatı Mahir Dərziyev və Əli Məmmədovla görüşüb
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze və Azərbaycanlı millət vəkillərini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu tərkibinə görə Milli Məclisin böyük parlamentlərarası dostluq qruplarından biridir: “Azərbaycan rəhbərliyi Gürcüstanla münasibətlərə böyük önəm verir. Eyni zamanda, Gürcüstan rəhbərliyinin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini qeyd etmək olar. Bu, bizim üçün böyük örnəkdir”. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. “İki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi naminə biz parlamentarilər də əməkdaşlığımızı daha da inkişaf etdirməliyik”. Gürcüstan dost və strateji müttəfiqimiz olmaqla bərabər həm də çoxlu sayda soydaşımızın vətənidir deyən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə bu istiqamətdə də fikir mübadiləsi aparıb. Gürcüstan nümayəndə heyətində iki Azərbaycan kökənli millət vəkilinin təmsil olunmasının məmnuniyyətverici olduğunu deyən Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlıları və Azərbaycanda yaşayan gürcülərin dövlətlərimiz arasında münasibətlərin inkişafında çox önəmli rol oynadıqlarını deyiblər. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimizin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiklərini və bu dəstəyin bütün platformalarda daha da gücləndirilməsinin vacibliyindən danışıblar. Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze demişdir ki, Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Parlamentlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da artırılması istiqamətində ikitərəfli səylərin daha da artacağını deyən Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zurab Tkemaladze Azərbaycan-Gürcüstan parlamentlərarası münasibətlərin inkişafında iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmiş və gələcəyə doğru bu fəaliyyətin daha da artacağına inandığını demiş və bir sıra təkliflər ətrafında fikir mübadiləsi aparıldı. Gürcüstan Parlamentində təmsil olunan azərbaycanlı deputatlarla da önəmli fikir mübadiləsi aparılmışdır. Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva həmçinin Gürcüstanın Xarici İşlər naziri Maya Pancikidze ilə də görüşmüş və fikir mübadiləsi aparılmışdı.