Moderator.az “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının Mətbuat Xidmətinin məlumatını təqdim edir:
"Qobustan Qapalı həbsxanasında ömürlük həbsə məhkum edilmiş 76 məhbus dövlət başçısı İlham Əliyevə, Milli Məclisə, İnsan haqları üzrə Müvəkkilə (Ombudsman) və “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansa müraciət edib. Alyansa daxil olan müraciətdə deyilir;
“Hörmətli cənablar, Sizlərə
müraciət edən bizlər Qobustan Qapalı həbsxanasında ömürlük cəza çəkən dustaqlarıq.
Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi ilə əlaqədar AR
Milli Məclisinin qəbul etdiyi 10 fevral 1998-ci il tarixli Qanunun 4-cü bəndi
ilə həmin ərəfədə qüvvədə olan ölüm cəzasına məhkum olunmuş
128 nəfərin cəzası qeyri məhkəmə qaydasında ömürlük həbs cəzası ilə
əvəzlənib. (Bənd 4. Bu Qanunun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum
olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə
əvəz edilsin).
Azərbaycan
Respublikasında vaxtilə istisna cəza növü kimi sayılan “ölüm
cəzası” ləğv edilərkən “Cinayət Qanununun zamana görə qüvvəsi”
hüququ prinsipinə əsasən yeni Qanunun qüvvəyə mindiyi ana qədər qüvvədə
olmuş AR CM-nin 23-cü maddəsinə müvafiq olaraq bizim hər birimizin
işinə fərdi qaydada məhkəmədə baxılaraq 15 (on beş ) ilə qədər azadlıqdan
məhrumetmə cəzası və ya Prezidentin əfv fərmanı qaydasında 15
ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli
idi.
Qanunverici orqan olan AR
Milli Məclis məhkəmə səlahiyyətlərini mənimsəyərək, bizi kütləvi
şəkildə, məhkəməsiz ömürlük həbs cəzasına məhkum etmişdir ki,
bu da AR Qanunvericiliyinə, eyni
zamanda tərəfdarı olduğumuz Beynəlxalq Hüquq normalarına və Avropa
Konvensiyasına ziddir.
Bu Qanun pozuntusu ilə
əlaqədar AŞPA ”“ nın da qəbul etdiyi 16 aprel 2007-ci il
tarixli 1545 â„–-li Qətnamənin 8.9-cu bəndində qeyd olunur ki, “ölüm
cəzasının ləğvi ilə əlaqədar yaranmış problemlərin həlli üçün hər bir məhkumun
işinə yenidən baxılmalı və “Qanunun geriyə qüvvəsi prinsipinin” ən
əlverişli müddəalarına müvafiq cəza tətbiq edilməlidir”.
Bu Qanun pozuntusu ilə əlaqədar
dəfələrlə kütləvi şəkildə Möhtərəm Prezident Sizə, Milli Məclisin Hüquq Siyasəti və Dövlət
Quruculuğu Komitəsinin sədri cənab Əli Hüseynova, AR İnsan
Hüquqları üzrə müvəkkil- Ombudsman, xanım Elmira Süleymanovaya, Milli
Məclisin İnsan hüquqları Komitəsinin sədri, xanım Rəbiyyət Aslanovaya və AR
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin
sədri Səməd Seyidova müraciət etdik, son hədd olaraq
yeganə çıxış yolumuz olan dəfələrlə dinc aclıq aksiyaları keçirsək
də adı çəkilən qurumlardan heç bir cavab ala bilməmişik.
Möhtərəm Prezident,
hazırda 128 məhbusdan 73 məhbus sağ qalıb. Onlar arasında yaşı 70, hətta
80-i ötmüş, görmə qabiliyyətini tam itirmiş, 19- 20-25 ilədək cəza çəkən
məhbuslar var.
Milli Məclisin yol
verdiyi Qanun pozuntusu nəticəsində 128 nəfərdən 40 nəfəri müxtəlif
səbəblərdən dünyasını dəyib, 11 nəfər əfv olunub (Müzamil Abdullayev, Nəriman
İmranov, Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov, Eldar Əliyev, Mahir
Məmmədov, Etibar İsrafil oğlu İsmailov, Təbriz Ağabala oğlu İsmayılov, Elxan
Allahverdiyev, İqor Krianovski ekctradisiyadan sonra azad olunub ).
Möhtərəm Prezident, hörmətli
cənablar! Bir daha Sizlərə müraciət etməyə məcburuq. Qeyri-qanunu
ömürlük cəzaya məhkum edilmiş çoxsaylı məhbusların, on illərlə davam
edən müraciətlərimizə, bizə qeyri-qanuni tətbiq edilmiş ömürlük cəzaya
münasibətinizi bildirmənizi, saxlandığımız ağır şəraitimizi nəzərə
alaraq, on illərlə həllini tapa bilməyən problemin ədalətli həll
edilməsinə kömək etməyinizi xahiş edirik.
Biz, aşağıda imzaları olan
məhbuslar Sizin ədalətiniz və dəstəyiniz sayəsində illərlə həllini tapa
bilməyən bu problemin ədalətli həllini tapacağına ümid edirik.”
(Müraciəti ömürlük həbs
cəzasına məhkum edilmiş 76 məhkum 10 sentyabr 2014- cü il tarixdə adbaad
imzalayıb)"