Moderator.az xəbər verir ki, yeni dərs ilinin başlanması münasibəti ilə Kəlbəcər müəllimlərini təbrik edən rayonun icra başçısı Aqil Məmmədov çıxışı zamanı Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov haqqında ilginc ifadələr səsləndirib. İcra başçısı keçmiş şöbə müdirinin törətdiyi saxtakarlıqları sadalayarkən bildirib ki, Maliyyə və Təhsil Nazirliklərinin yoxlaması nəticəsində onun son 3 ildəki (Qeyd edək ki, o 8 il-1994-cü ildən 2002-ci ilədək Təhsil Şöbəsinin müdiri olub və çoxsaylı cinayətlərə görə vəzifəsindən kənarlaşdırlsa da Ali Məhkəmənin qərarı ilə 5 il sonra yenidən işinə bərpa olunaraq saxtakarlıq əməllərini növbəti 5-6 ildə (2008-2014) daha amansızlıqla davam etdirib) fəaliyyəti dövründə 6 milyon 400 min manatdan çox yeyinti, sənədlərin saxtalaşdırılması, saxta siniflərin yazılması, olmayan avadanlıqların sənədləşdirilməsi üzə çıxıb.
Təkcə şöbə müdirinin siniflərin sayını
artırmaqla hər ay 40 min manat mənimsədiyi və bununla da 1 milyon 600 min
manatdan çox vəsaiti qanunsuz yolla mənimsədiyi üzə çıxıb. Belə bir müqayisə də
aparılıb ki, əgər M. Bağırovun sənədləşdirdiyi inventarların hamısını təhsil
şöbəsi almış olsaydı onda gərək Kəlbəcərin 114 orta məktəbinin hamısına ikimərtəbəli
bina lazım olardı ki, həmin avadanlıqları yerləşdirmək mümkün olsun. Tədbirdə o
da vurğulanıb ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
M. Bağırov barəsində cinayət məcəlləsinin bir sıra maddəsiylə cinayət işi
başlanılıb və həbsdən qurtulması mümkünsüzdür, amma hələ ki, azadlıqda gəzir, həbsdən
qurtulmaq üçün dəridən-qabıqdan çıxır...
Kəlbəcərli müəllimlər də yoxlamaların və açılan cinayət işinin nəticəsi olacağına ümid etdiklərini bildiriblər, təhsil naziri Mikayıl Cabbarova və baş prokuror Zakir Qaralova inandıqlarını, tezliklə haqq-ədalətin yerini tutacağını gözlədiklərini dilə gətiriblər...