Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Türkiyınin İŞİD-ə qarşı hərbi koalisiyada yer almaq istəməməsi və bunun arxasındakı səbəbləi şərh edib:
“Türkiyı bugünə qədər öz
mövqeyini 49 diplomatının İŞİD-in əlində olması ilə izah edirdi. İndi bu
diplomatlar azaddır və bu baxımdan dövlətin bundan sonra hansı addımlar atacağı
maraq doğurur. Hesab edirəm ki, indiki məqamda Türkiyənin aktivlik nümayiş
etdirməsi, Yaxın və Orta Şərqin şəkillənməsində yaxından iştirak etməsi
vacibdir. Türkiyə İraq əməliyyatında iştirak etmədi və nəticədə Şimali İraqda
kürd dövləti yarandı. Bu gün də proseslər Yaxın və Orta Şərqdə kürd faktorunun
həlledici amilə çevrilməsi istiqamətində cərəyan edir. Zənnimcə, indiki məqamda
Türkiyənin regionada gedən proseslərə müdaxilə etməsinə mane olan elə bir
faktor yoxdur. Əgər kimlərsə Türkiyəni bu aktivlikdən çəkindirirsə, deməli
ortada kimlərinsə Türkiyəyə xəyanəti var. Deməli kimlərsə Türkiyənin daha ciddi
problemlər üz-üzə qalmasını istəyir”.
Seymur Əliyev