Danimarka Xalq Partiyasının üzvü Martin Henriksen Türkiyənin Danimarkaya sığınan suriyalı qaçqınları da qəbul etməsini istəyib.
Axar.az xəbər verir ki, partiya nümayəndəsi Türkiyəyə yalnız Danimarkaya sığınan qaçqınların qəbul edəcəyi təqdirdə kömək göstəriləcəyini açıqlayıb.
Ölkənin ən böyük televiziya kanalı olan TV Nyusa (TV News) danışan Martin Henriksen Türkiyənin bu yaxınlarda Danimarkadan Suriya və İraqdan gələn qaçqınlara görə kömək istədiyini açıqlayıb:
“Türkiyədən kömək tələbi gəlirsə, buna müsbət yanaşırıq. Ancaq edəcəyimiz köməyin qarşılığında Türkiyə ölkəmizdə olan suriyalı qaçqınları də qəbul etməlidir. Çünki qaçqınların Türkiyədə mədəniyyət və dil problemi olmayacaq”.
Xatırladaq ki, Danimarka Xarici İşlər Nazirliyi bölgədəki qaçqınlara yardım məqsədi ilə 55 milyon kron (7,5 milyon avro) vəsait ayrıldığını açıqlayıb. Yardımın ilin sonuna qədər gerçəkləşəcəyini bildirən nazirlik bu günə qədər 835 milyon kron (14.3 milyon avro) yardım edildiyini qeyd edib.