Azərbaycan müxalifəti ölkədə referendum keçirilərək konstitusiyaya dəyişiklik edilməsini istəyir. Moderator.az xəbər verir ki, bu məsələ bu gün KXCP-nin qəraragahında siyasi partiyaların Birləşmiş Demokratiya və İnsan Haqları Mərkəzinin (DİHM) növbəti toplantısı zamanı müzakirə olunub.
Toplantıda
DİHM-in bir müddət öncə “Azərbaycanda demokratiyanın vəziyyəti” movzusunda
keçirdiyi konfransın nəticələri müzakirə olunub. Konfransın işi
müsbət qiymətləndirilib. Konfransın qətnaməsi və konfransda verilən təkliflər
müzakirə edilib və uyğun qərarlar qəbul edlib. Konfransın qətnaməsinə uyğun
olaraq referendum tələbi ilə imza kompaniyasına başlanılması və konstitusiya dəyişikliyi
layihəsi hazırlanması ilə bağlı razılaşma əldə edilib. Toplantıda eyni zamanda
seçki konsepsiyasının hazırlaması üçün işçi qrupunun yaradılması
razılaşdırılıb.