“Jirnovski özü da yaxşı başa düşür ki, onun Azərbayacan gəlişinə sevinənlərin sayı çox olmayacaq və ona görə də onun səfəri yarımgizli formada həyata keçrilir”.
Bunu Moderator.az-a açıqlamasında QAT sədri
Akif Nağı deyib. Onun sözlərinə görə, onu sevməyənlər çox olduğundan Jirnovski
özünə qarşı ola biləcək hər hansı addımlardan çəkinir: “Çünki o dəfələrlə Azərbaycan
dövlətinə və xalqına qarşı təhqiramiz ifadələr işlədib. Bu
baxımdan Azərbaycan cəmiyyətində ona münasibət birmənalıdır. Yəni hamı onu sərsəm,
təlxək bir adam kimi tanıyır və qəbul edir.”
QAT sədri
onu da bildirdki, onun səfərinə belə bir yanaşma var ki, guya dövlətlərin daimi
düşməni və dostu olmur, daimi maraqları olur:
“Yəqin
ki, dövlət bundan hansı formada istifadə etməyə çalışacaq. Bu
başa düşüləndir. Amma biz bir QHT və ictimai təşkilat olaraq ona qarşı
mövqeyimiz dəyişmirik. Biz hesab edirik ki, Jirnovski kimi adamlardan hansı məqsədlər
üçün istifadə etməyin özü doğru deyil. Çünki bu adam qeyri-sabit bir şəxsdir.
Bu adama heç zaman zəmanət verə bilməzsən ki, sabah sənin barəndə hansı fikri
işlətməsin. O baxımdan bu şəkildə Jirnovskidən istifadə etməyin də nə mənası
var, nə də buna ehtiyac. Azərbaycan dövlətinin və xalqının Jirinovski kimilərin
təbliğinə ehtiyacı yoxdur.”
A.Nağı
onun səfəri zamanə hər hansə bir etiraz tədbirinin keçirib-keçirməyəcəyi ilə
bağlı suala cavab olaraq bildirdi ki, biz onun hərəkətlərini izləyəcəyik:
“Onunla
bağlı məsələ QAT İdarə Heyətində müzakirə olunaraq qərar qəbul edilib və qərar
da ondan ibarətdir ki, hər hansı bir aksiya yox, sadəcə imkan daxilində onun
iştirak edəcəyi toplatılara qatılıb öz sözümüzü deməkdir. Bununla
bağlı İdarə Heyətində
razılaşma var. Amma ona hər hansı təsir vasitələrindən istifadə etmək də
istisna deyil.”