Xəbər verildiyi kimi, Rusiya Xəzər dənizindəki hərbi-dəniz donanmasına daha bir raket gəmisi əlavə edib. Cari ilin noyabr tarixində silahlanmaya qəbul ediləcək gəmi sayəsində Rusiya Xəzərədki hərbi donanmasındakı zərbə qüvvəsini bir qədər də gücləndirmiş oldu ki, bu da bəzi mütəxəssislər tərəfindən əzələ nümayişi kimi dəyərləndirilməkdədir. Politoloqlar hesab edir ki, Ukrayna olayları fonunda bütün dünyaya açıq-aşkar meydan oxuyan və nəzarət etdiyi bütün coğrafiyada hərbi qüdrətini artırmaq üçün ciddi addımlar atan Rusiyanın Xəzər dənizini hərbiləşdirməsi, digər sahil ölkələri üçün ciddi təhlükəyə çevrilməkdədir. Rusiyanın Xəzərdəki potensialının digər Xəzərsahili ölkələrin potensialından qat-qat artıq olduğuna diqqət çəkən ekspertlər, Kremlin hər zaman olduğu kimi bundan sonra da zor dili ilə danışmaq niyyətində qərarlı olduğu düşüncəsindədir.
Moderator.az-a açıqlama
verən politoloq Qabil Hüseynli də hesab edir ki, Rusiyanın Xəzər dənizində hərbi
gəmilərinin sayını sürətlə artırması normal qarşılana bilməz. Rus
donanmasındakı gəmilərin demək olar ki, hamısının hücum xarakterli gəmilər
olduğuna diqqət çəkən ekspert, donanmaya yeni daxil edilən gəmilərin də müdafiə
xarakterli gəmilər olmadığını vurğuladı:
“Bildiyiniz kimi Rusiya son vaxtlar öz hərbi
potensialını artırmaq istiqamətində ciddi addımlar atır. Bu baxımdan Rusiya Xəzər
dənizinə kreyserlər, ballistik raket daşıyan gəmilər, sualtı qayırlar və s.
buraxıb. Bu gəmilərin heç biri müdafiə xarakterli gəmilər deyil. Onların hamısı
hücum və təhdid xatrakterli gəmlərdir. Habelə, bunu da qeyd etmək lazımdır ki, Rusiyanın
Xəzər dənizindəki hərbi-dəniz donanması Xəzərətrafı ölkələrin birgə hərbi
donanmasından bir neçə dəfə güclüdür”.
Q.Hüseynlinin sözlərinə
görə, hərbi potensialını atırmaq siyasəti Rusiyanın imperialist niyyətlərindən
qaynaqlanır və məqsəd Xəzəryanı ölkələri təhdid altında saxlamaqdan ibarətdir:
“Bu, Rusiyanın imperialist xarici siyasət xəttindən qaynaqlanır. Rusiya bununla
sözsüz ki, imperialist niyyətlər güdür və Xəzərətrafı dövlətlərin hamısını təhdid
altında saxlamaq istəyir”.
Rusiyanln adi silahlarla
bağlı beynəlxalq sazişlərin tələblərini kobud sürətdə pozduğuna diqqət çəkən
ekspertin sözlərinə görə, rəsmi Moskva bu gün də həmin tələblərə ehtiva etməyə
lüzum görmür:
“Rusiya çoxdan adi
silahların saxlanması haqqında beynəlxalq konvensiyanın tələblərini pozur. Cinah
sazişlərində nəzərdə tutulan bütün normativləri aşıb. Rusiya bu gün də həmin
sazişlərin tələblərini pozmaqda davam edir. Ukrayna hadisələrindən sonra
Rusiyanın sürətlə silanlanması göstərir ki, Rusiya beynəlxalq öhdəliklərə məhəl
qoymaq niyyətində deyil”.
Seymur Əliyev