Qış mövsümü ilə əlaqədar olaraq Türkiyədə qış şininə keçməyən şəhərlərarası sərnişin və yük avtomobillərinə qarşı 500 lirədən çox cərimə cəzasının tətbiqinə start verilib. Maraqlıdır, Azərbaycanda necə, şəhərlərarası və ya şəhərdaxili sərnişin, yaxud yük avtomobilləri ilə bağlı qanunvericilikdə bu cür cərimə cəzası nəzərdə tutulubmu?
Bununla bağlı Moderator.az
saytı və “Hürriyyət” qəzetinə açıqlama verən Baş DövlətYol Polis İdarəsinin
mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Azərbaycan qanunvericiliyində tələblərin
bir qədər fərqli olduğunu bildirdi:
“Azərbaycan
qanunvericiliyində elə bir məsuliyyət nəzərdə tutulmayıb. Amma qanunda nəqliyyat
vasitələrində, xüsusilə də avtobuslarda, minik avtomobilində hər bir
avtomobilin təyinatından asılı olaraq şinlərin minimum qalınlığı göstərilir. Əgər
nəqliyyat vasitələrinin şinləri qanunvericiliklə nəzərdə tutulmuş tələblərə
uyğun gəlməzsə, o halda həmin nəqliyyat vasitəsinin istismarı qadağan olunur,
sürücülər isə məsuliyyətə cəlb olunur”.
Seymur Əliyev