"Azərbaycanda istənilən mütərəqqi qanunvericilik aktının müzakirəsi üçün əlverişli mühit var".
Moderator.az
xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin martın
10-da keçirilən iclasında "Reklam haqqında" yeni qanun layihəsinin
ikinci oxunuşunun müzakirəsi zamanı sözügedən komitənin sədri, akademik Ziyad Səmədzadə
dilə gətirib. Onun qeyd etdiyinə görə, komitənin müzakirəsinə çıxarılan qanun
layihəsi də öz məzmunu və əhəmiyyəti baxımından ən mühüm və mütərəqqi qanunvericilik
aktlarından biridir:
"Bu,
çox mütərəqqi bir qanundur və onun qəbuluna ciddi ehtiyac var. Qeyd
edək ki, bu sənədin ilkin variantı komitəmizdə müzakirələrə çıxarılan zaman o,
çox geniş və hərtərəfli müzakirələrdən keçdi. Deyərdim ki, bu müzakirələr ən dəyərli
dinləmələrdən biri oldu. Ümumiyyətlə, belə bir qanunun müzakirəyə çıxarılması gündən-günə
dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının göstəricisidir. Dinamik
inkişaf yolunda olan bir ölkənin, onun milli iqtiasadiyyatının belə bir qanuna
ehtiyacı var. Həmçinin, Azərbaycan dilinin qorunması, xalqımızın milli-mənəvi dəyərlərinin
yad-zərərli elemetlərdən, ünsürlərdən tənzimlənməsi, ikili standarlardtan uzaq
saxlanması üçün belə bir qanunun qəbulu olduqca vacibdir. Xatırladım ki,
parlamentdə birinci oxunuşun müzakirələrindən sonra da İşçi Qrupu tərəfindən
qanun laihəsinin üzərində ciddi işlənilib, ciddi təkmilləşdirmələr aparılıb.
Bura gələrkən də qanun layihəsi ilə bağlı növbəti təkliflər aldım. Onlar da Azərbaycanda
reklam bazarının, reklam mühitinin yaxşılaşdırılmasına, onu tənzimləyəcək
hüquqi bazanın təkmilləşditrilməsinə xidmət edən təkliflərdir".
Müzakirələrdə
işrtirak edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri,
prezidentin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da öz təkliflərini,
iradlarını səsləndirib.