Moderator.az xəbər verir ki, bu gün YAP Daşkəsən rayon təşkilatı idarə heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatlarının sədrləri, bütün yaşayış məntəqələrindən olan partiya fəalları iştirak edib.
Yığıncaqda iki mühüm məsələ müzakirə edilmişdir. Birinci məsələ rayon
ərazisində ədəbiyaşar ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümünə hazırlıqla bağlı tədbirlər planın təsdiqi, ikinci məsələ isə 2015-ci
ilin payızında keçiriləcək Parlament seçkilərinə hazırlıqla bağlı YAP Daşkəsən rayon
təşkilatının qarşıda duran vəzifələr olmuşdur.
Müzakirə olunacaq məsələlər ətrafında YAP Daşkəsən rayon təşkilatının
sədri Meydanəli Yolçuyev geniş məruzə ilə çıxış etmişdir.
Məruzəçi bildirmişdir ki,
ədəbiyaşar ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı və
qurucusudur. Məhz onun yüz illərə hesablanmış daxili və xarici siyasətinin
uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan qardaş qırğınından, daxili və
xarici düşmənlərin qərəzli müdaxilələrindən xilas oldu, sürətli inkişaf yoluna
qədəm qoydu.
Bu
gun doğum gününə ümumxalq bayramı kimi, böyük
xalq sevgisi ilə hazırlaşdığımız
ulu öndərimiz özünün bütün həyat yolunu, fəaliyyətini məhz Azərbaycana,
Azərbaycan dövlətçiliyinə,
bütövlükdə xalqımıza həsr etmişdir. Təsadüfi
deyil ki, xalqın israrlı tələb
və təkidlərindən sonra ikinci dəfə
hakimiyyət kürsüsünə qayıdan ulu öndərimiz çox qısa bir zaman
kəsiyində danılması qeyri-mümkün olan tarixi addımlar atdı. Məhz
Onun uzaqgörən siyasətinin, müdrik qərarlarının, tarixi sərəncamlarının və
çevik siyasətinin nəticəsində Azərbaycan
üzləşə biləcəyi bəlalardan xilas
oldu. Öz müstəqilliyini əbədi və dönməz
etdi.
Ulu
öndərimizin layiqli davamçısı möhtərəm
cənab Prezidentimiz İlham Əliyev
bu gün beynəlxalq aləmdə bu siyasəti uğurla, dövrün və zamanın tələblərinə
uyğun yaradıcılıqla davam etdirir. İndi Azərbaycan müstəqil, demokratik bir
ölkə kimi beynəlxalq aləmdə ən böyük tribunalardan söz demək səlahiyyətindədir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev ikinci
məsələ ətrafında da yığıncaq iştirakçılarına Parlament seçkiləri ilə bağlı partiya
təşkilatının qarşısında duran vəzifələrə dair geniş məlumat verərək öz tapşırıq
və tövsiyələrini çatdırdı. Qeyd etdi ki, Azərbaycanda seçki qanunvericiliyinin
demokratik prinsiplərinin təmin olunmasında böyük və geniş imkanlar mövcuddur. İndi
Azərbaycan Respublikasının seçkilərlə bağlı topladığı müsbət təcrübə həm
daxildə, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Şəffaflığın, demokratik şəraitin yaradılmasından, seçicilər arasında
aparılan məqsədyönlü maariflənmə işlərindən danışan YAP Daşkəsən rayon
təşkilatının sədri onu da bildirmişdir ki, indi Azərbaycanda seçkilərin
demokratik standartlara uyğun keçirilməsini heç bir qüvvə inkar edə bilməz. Ona
görə ki, ölkəmiz həm regionda, həm də beynəlxalq aləmdə sabitliyi, yüksək
templi inkişafı, demokratikliyi və şəffaflığı ilə tanınır. Aydındır ki,
Azərbaycanın bu cür beynəlxalq aləmdə tanınması üçün möhtərəm Prezidentimizin
ətrafında birləşən YAP fəallarının da böyük rolu vardır. YAP üzvləri həmişə
olduğu kimi bu siyasi kompaniyada da özlərinin fəallıqları və
təşəbbüskarlıqları ilə seçiləcəklər.
Məruzə ətrafında hər iki məsələ ilə bağlı YAP Daşkəsən rayon
təşkilatının sədr müavini Müşviq Hüseynov, Əmirvar, Dəstəfur ərazi ilk partiya
təşkilatlarının sədrləri Rüfət Bədəlov və Lalə Cəfərova çıxış etmişlər.
Yığıncaqda həmçinin dörd ərazi ilk partiya təşkilatları sədrlərinin məlumatları
dinlənilmişdir.
Yığıncaq
müzakirə olunan məsələlər dair müvafiq qərar qəbul etmişdir.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü