ASALA erməni terror təşkilatının ölkəmizə qarşı təhdidləri artdıqca Azərbaycandakı erməni toplumu məsələsi də aktuallıq əldə edir.
ASALA,
eləcə də Ermənistan və Rusiya xüsusi
xidmət orqanları Azərbaycanla bağlı məkrli niyyətlərini reallaşdırmaq üçün ölkəmizdəki
ermənilərdən istifadə edə bilərmi? Ümumiyyətlə, Azərbaycandakı ermənilər ölkəmiz
üçün potensial təhlükə kimi qiymətləndirilməlidirmi?
Bununla
bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən sabiq MTN
zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, erməni
toplumuna potensial təhlükə mənbəyi kimi baxmasa da, onların içərisində ayrı-ayrı
potensial təhlükə mənbələrinin olması istisna deyil və bu amil daim diqqət mərkəzində
olmalıdır:
"Toplum
olaraq onlar potensial təhlükə deyil. Lakin onların içərisindən potensial təhlükə
mənbəyi olan şəxslər ola bilər. Siz hesab edirsiniz ki, "Montinburg"da
Andranikin şəklinin
vurulması təsadüfdir? Əsla. Əgər xüsusi xidmət orqanları bu məsələni sona qədər
araşdırsalar, bunun köklərinin düşündüyümüzdən də uzaq və ya fərqli istiqmətlərə
getdiyini görərlər. Ola bilsin ki, bunun kökləri Ermənistana qədər uzansın. Ola
bilsin ki, bunun arxasından Azərbaycan vətəndaı olan hansısa erməni çıxsın. Ola
bilsin ki, bu, hansısa xarici dəstənin işi olsun və s".
İ.İsmayılın
qənaətincə, istənilən halda ayıq-sayıq olmaqda fayda var:
"Bir daha deyirəm ki, birmənalı demək mümkün deyil ki, erməni millətindən
olan bütün Azərbaycan vətəndaşları potensial terrorçudur. 30 min varsa, onların
içində hansısa terror əməlini reallaşdırmaq üçün sadəcə bir nəfər lazımdır. Bu
bir nəfərin həmin 30 minin arasından çıxması isə mümkündür. Bu səbəbdən də
bildirirəm ki, terror məsələsində heç nə sıfıra bərabər deyil. 30 minin hamısı
terrorçu deyil. Amma biri ola bilər. Onlardan bir nəfər terrora meyl edə bilər.
Bu səbəbdən də ayıq-sayıq olmaz lazımdır".
Seymur Əliyev