Qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların dünya dövlətləri tərəfindən ard-arda tanınması həm Azərbaycan, həm də Türkiyədə ciddi narahatlıq və etirazla qarşılanmaqdadır. Lakin bütün bu narazılıq və etirazlara rəğmən Bakı və Ankaranın bu iddiaların tanınmasını önləmək üçün ortaya qoyduğu səylərin yetərsizliyi də son günlərin aydın müşahidə edilən siyasi olayları sırasındadır.
Maraqlıdır, qondarma “erməni
soyqırımı”nı tanımaqla 1915-ci il olaylarından siyasi-iqtisadi mənafelərini təmin
etmək üçün istifadə edən dövlətlərə daha ciddi təsir etmək üçün bu ölkələrin
istehsalı olan məhsulların idxalı rəsmi və ya qeyri-rəsmi səviyyədə boykot
oluna bilərmi? Belə bir mübarizə metodu uydurma “erməni soyqırımı”nı tanıyan və
ya belə bir tanıtım astanasında olan dövlətlərə təsir göstərmək baxımından keçərli
sayıla bilərmi?
Moderator.az-a açıqlama
verən millət vəkili Fazil Mustafa qondarma “erməni soyqırımı”nı qəbul edən dövlətlərə
münasibətdə boykot metodunun tətbiqinə ehtiyac görmədiyini qeyd etdi.
F.Mustafanın qənaətincə, səmərəli mübarizə və uğurlu nəticə üçün sadəcə daha
çox işləmək lazımdır:
“Hesab edirəm ki,
qondarma “erməni soyqırımı”nı qəbul edən ölkələrdən məhsul idxal etməyimizin
boykot edilməsinə deyil, sadəcə bu istiqamətdə daha çox işləməyimizə ehtiyac
var. Qondarma “erməni soyqırımı” ilə bağlı söz-söhbətlər onsuz da olacaq. Çünki
bu, böyük dövlətlərin siyahısında yer alır. Biz çalışmalıyıq ki, qondarma “erməni
soyqırımı” ilə bağlı deyilənlərin yalan və əhəmiyyətsiz bir şey olduğunu hamıya
inandıraq və bunu mənasız bir tədbir kimi qiymətləndirək. Bir sözlə, müdafiədən
hücuma keçək. Bütün məsələlərdə erməni yalanlarını, erməni cinayətlərini diqqətə
çatdıraq”.
Seymur Əliyev