Ölkəmizin mürəkkəb geosiyasi məkanda yerləşdiyi, imperiya maraqlarından çıxış edən dövlətlərlə əhatələndiyi və məhz bu səbəbdən də zaman-zaman böyük faciə və müharibələrlə üzləşdiyi hər kəsə bəllidir.
Maraqlıdır, bəs Azərbaycana
qonşu olan ölkələr içərisində dövlətimiz üçün daha böyük təhlükə vəd edən dövlət
hansıdır? Hansı dövlət ölkəmizin və xalqımızın təhlükəsizliyi üçün digərlərindən
daha ciddi təhlükə vəd edir?
Moderator.az-a açıqlama
verən ASDP sədri, politoloq Araz Əlizadə hesab edir ki, Azərbaycan üçün təhlükəli
kəsb edən yeganə dövlət torpaqlarımızı 20 ildən çoxdur ki, işğal altında
saxlayan Ermənistandır:
“Azərbaycan üçün təhlükə
təşkil edən cəmi bir dövlət var. Bu da Ermənistandır. Torpaqlarımızı azad edəndən
sonra bu təhlükə də ortadan qalxacaq”.
Seymur Əliyev