“Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılmasına səthi yanaşmaq olmaz”.
Bunu Moderator.az-a
açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun
Oruclu bildirib. Ə.Oruclunun qənaətincə, məlum problem əlaqədar beynəlxalq təşkilatlar
qarşısında ciddi şəkildə qaldırılmalı, bununla bağlı konkret addımlar
atılmalıdır:
“Hesab edirəm ki, bu məsələni
ATƏT-in Minsk qrupu qarşısında qaldırmaq lazımdır. Çünki faktiki olaraq baş verənlər
işğal edilmiş torpaqların ilhaq edilməsi deməkdir. Bütün beynəlxalq münaqişələrdə
bu, ən ciddi mübahisə doğuran amillərdən biridir. Yaxın Şərqdəki İsrail-Fələstin
münasibətinə nəzər salın. Fələstin torpaqlarının yəhudilər tərəfindən məskunlaşdırılması
ciddi narazılıq doğurur və bu beynəlxalq etirazlara səbəb olur. Ona görə də bu
barədə sübutları toplayıb həmin dəlilləri beynəlxalq təşkilatlara, ATƏT-ə təqdim
etmək lazımdır ki, bununla bağlı monitorinq aparsın. Bunun qarşısı alınsın.
Buna əsla biganə və ya əhəmiyyətsiz bir hadisə kimi yanaşmaq olmaz”.
Seymur Əliyev