Qısa zamanda Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Oyunlara 50-yə qədər ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının qatılacağı gözlənilir. Moderator.az olaraq millət vəkili, MDHP sədri Fərəc Quliyevin Azərbaycanın bu cür yarışlara ev sahibliyi etməsi, oyunların Azərbaycan üçün mümkün nəticələri və azarkeşlik edib-etməyəcəyi, eyni zamanda hansı idman növü ilə maraqlandığı ilə bağlı fikirlərini oxuculara təqdim edirik:
“Azərbaycanda çox mötəbər bir yarış keçiriləcək. Siyasi yanaşma başqadır, mən
bir vətəndaş kimi qürur duyuram ki, ilk Avropa Oyunları Azərbaycanda keçirilir.
Bu, hamımıza qürur verməlidir. Mən sambo üzrə idman ustasıyam. Buna görə də,
idmanın bütün növlərinə marağım var. Amma güləş növlərinə xüsusilə diqqət
yetirirəm. Çalışacağam ki, idmançılarımıza azarkeşlik edim. Amma hələ qrafikləri
bilmədiyim üçün bilet almamışam. Hesab edirəm ki, həmin anda bilet almağım daha
uyğun olacaq”.
Tahir Seyidov