Moderator.az xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Ulyanovsk nümayəndəliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illi münasibəti ilə onun abidəsi önünə gül çələngi qoyublar. Tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin üzvləri yaxından iştirak ediblər.
Konqresin
Ulyanovsk şöbəsinin üzvləri uzun müddətdir Rusiyada yaşamalarına baxmayaraq, hər zaman Azərbaycanın adət-ənənələrinə sadiq qalaraq
onları yaşadıblar. Konqresin bu yöndə atdığı ən böyük addımlardan biri
Heydər Əliyevə Ulyanovskdə abidə ucaldılması olub. Abidənin
qoyulduğu ərazi Azərbaycan-Rusiya dostluğunun simvoluna çevrilib. Həmin ərazi
Heydər Əliyev meydanı adlandırılıb, ərazidə hər gün çoxlu sayda insan istirahət
edir, şəhərə gələn qonaqlar isə bu meydanı ziyarət edirlər. Azərbaycan
diasporasının üzvləri hər il 10 may tarixində bu abidənin qarşısında toplaşaraq
ulu öndəri anırlar. 10 may tarixində ulu öndər təkcə Ulyanovsk
və Rusiyada deyil, dünyanın bir çox ölkələrində də anılır.
Tədbirdə
Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin rəhbəri İslam Hüseynov
çıxış edib. İslam Hüseynov Azərbaycanın bu günki inkişafının Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan
Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsində dünya birliyində öz layiqli
yerini tutub, iqtisadiyyatı güclənib. Azərbaycanın bugünki
inkişafı Heydər Əliyevin
adı ilə bağlıdır. İslam Hüseynov daha sonra qeyd edib:
“Heydər
Əliyev təkcə Azərbaycanda deyil, ölkədən kənarda yaşayan azərbaycanlıların da
birliyinə nail olub. Heydər Əliyev ölümündən sonra belə, azərbaycanlıların
birliyi üçün öz töhfəsini verməkdə davam edir. Hər il 10 may tarixində dünyanın
müxtəlif yerlərində məskunlaşmış milyonlarla azərbaycanlı bir olaraq ulu öndəri
anırlar”.
İslam
Hüseynovun çıxışı tədbir iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanıb,
daha sonra tədbirə toplaşan şəxslər Heydər Əliyevin abidəsi önünü tər çiçəklərlə
bəzəyib.