Generalı bitirəcək ittihamlar...
Читать: 5630
18 May 2015 | 14:33
Generalı bitirəcək ittihamlar...

Moderator.az vaxtilə mövcud olmuş Laçın alayının komandiri, polkovnik Arif Paşanın 14-15 may 1992-ci il hadisələriylə bağlı "Hürriyyət" qəzetinə verdiyi müsahibənin ikinci hissəsini təqdim edir:


Əvvəli bu linkdə: //moderator.az/index.php?xeber=78007

 

-Ümumiyyətlə, müdafiə nazirinin və nazirliyin Laçının müdafiəsi ilə bağlı gördüyü, yaxud obyektiv və ya subyektiv səbəblərdən görə bilmədiyi nüansları qeyd edə bilərsinizmi?

 

-Ataların yaxşı bir sözü var, deyir ki, igidi öldür, amma haqqını yemə. Həmin dövrlərdə nazirliyin imkanları daxilində ora göndərdiyi çox köməkliklər var idi və mən tam məsuliyyətimlə deyirəm ki, çox böyük köməklik edilirdi. Yəni o bölgədə döyüşən qüvvələrin silah-sursatla təhcizatı, əlavə canlı qüvvələrin göndərilməsi, ixtisaslı zabit kadrlarının yerləşdirilməsi, va sair kimi məsələlər kifayət edəcək qədər idi. Nazirliyin əməliyyat idarəsi var və təbii ki, bu işlərin təşkili də əsasən bu idarənin üzərinə düşür. Nazirliyin əməliyyat idarəsinin zabitləri və rəhbərləri də orada idi. Təsəvvür edin ki, həmin idarənin 21 nəfər zabiti var idi bölgədə və onların da on doqquzu akademiya qurtaran zabitlər idi. Yəni nazirlik imkanları daxilində mümkün olan hər şeyi eləmişdi. Əgər məsələ belə qoyulsa ki, orda olan canlı qüvvə və əldə olan silah-sursat, texnika o ərazini qorumağa bəs eləmirdi, o zaman Müdafiə Nazirliyinin və onun rəhbərliyinin məsuliyyət məsələsini gündəmə gətirmək, ortaya qoymaq olar. Amma həmin ərazidə olan canlı qüvvənin, silah-sursatın və hərbi texnikanın imkanları o ərazini qorumağa yetirdisə, onda məsuliyyət məsələsi yerində həmin qüvvələri səmərəli istifadə etməklə, ərazilərin müdafiəsini təşkil etməyə borclu olan hərbi komandanlığın üzərinə düşməlidir.

 

-Yəni Laçını orda olan hərbi gücün hesabına müdafiə etmək mümkün idi?

 

-Tam məsuliyyətimlə deyirəm ki, bəli, bu mümkün idi, əgər ordakı hərbi güc səmərəli və taktiki baxımdan düzgün istifadə olunsaydı. Təəssüflər olsun ki, o dövlərdə təyinat yanlış idi, çünki ərazini tanımayan, Azərbaycan dilini və mentalitetini bilməyən bir adamın oraya komandir kimi göndərilməsi, ərazidə olan hərbi qüvvələr arasında kifayət qədər ciddi narazılıqlar yaratmışdı. Təsəvvür edin ki, adamlar 1988-89-cu illərdən başlayaraq illərlə döyüşüblər və o müddətdə bunların birgə düyüşlərdən keçərək gəldikləri, tanıdıqları insanlar, güvəndikləri komandirlər var idi. Belə bir şəraitdə qəfildən bir adam gəlir və öz iradəsini, hikkəsini ortalığa qoyur. O adam ki, onu ordakı insanlar heç tanımırlar. Təbiidir ki, o zamankı vəziyyətdə və o vaxtın şərtlərində bu qəbul olunası bir hal da deyildi. Məsələn, tutaq ki, mən və bir sıra başqa adamlar, bir zabit olaraq bunu dərk edirdik, amma orda elə adamlar, elə qüvvələr var idi ki, bununla hesablaşmaq, bunu qəbul etmək istəmirdilər və sonadək də etmədilər. O zaman şəxsən mənim də tabe olmaq istəmədiyim barəsində deyilmişdi, ancaq mən hər zaman belə düşünürdüm ki, əmrlərə sözsüz tabe olmaq lazımdlr və tabe olmağı bacarmayan biri, tabe etdirmək haqqına da sahib deyil. Ayrıca da, mən o adama, o torpaqların adətlərinə uyğun şəkildə qonaqpərvərlik göstərməyə çalışırdım. Amma, təəssüflər olsun ki, o özünün hərbi və siyasi məğlubiyyətlərini, həm də bizim münasibətlərimiz kontekstində pərdələməyə çalışır.

 

-Söhbət Elbrus Orucovdanmı gedir ?

 

-Əlbəttə, sizə bir faktı da deyim ki, 1992-ci il, aprel ayının 30-da biz Elbrusla görüşdük. Təsəvvür edin ki, bir neçə gündür ora gələn adam Şuşadan Xankəndinə hücum hazırlandığını bildirdi. Elbrus Orucov indi deyir ki, orda olan qüvvələr ona tabe olmaq istəmirdilər. Onda mən də ona belə bir sual vermək istiyirəm ki, əgər ordakı qüvvələr ona tabe olmurdularsa, o zaman kimə güvənərək elə bir qısa müddətdə Xankəndinə hücuma hazırlaşırdı? Və niyə bu tabe olmamalar haqqında bircə dəfə də olsun, həmin dövrlərin özündə nazirliyə, Rəhim Qazıyevə, Şahin Musayevə və qeyrilərinə məlumat verməmişdi? Niyə bu tabe olmamaq söhbətləri, məhz Şuşanın və Laçının işğalından sonra ortaya çıxdı? Axı, müharibə şəraitində, məsuliyyətini daşıdığı ərazinin müdafiəsinə, eləcə də tabeçiliyində olan hərbi birləşmələrdəki nizam-intizama birbaşa cavabdeh zabit olaraq, hər gün nazirliyə hesabatlar verməli idi. Amma bu fakt məhkəmədə də sübuta yetirildi ki, adam, nazirliyə gündəlik göndərdiyi “donoseniya”larda, bircə dəfə də olsun, bu haqda kəlmə kəsməyib. Deməli, bu “tabe olmamaq” faktı sonradan uydurulmuş və özünə bəraət qazandırmaq üçün düşünülmüş bəhanədən başqa bir şey deyil. Yeri gəldi, onu da deyim, qoy cəmiyyət bəzi şeyləri bilsin ki, istər Şuşanın, istərsə də Laçının işğalı ilə bağlı bir xeyli qaranlıq məqamlar var. Məsələn, hücum vaxtı qabaqdan bəlli olsa da, hərbi hissələrə bununla bağlı heç bir məlumatın verilməməsi, silahların şəxsi heyətdən alınaraq anbarlara yığılması, bir çox atıcı silahların nişangahlarının sökülərək çıxarılması, müəyyən yerlərdə texnikanın motorlarına qum tökülməsi, xeyli sayda şəxsi heyətin təcili məzuniyyət adı altında ərazidən göndərilməsi və sair kimi xeyli məsələlər məlum olsa da, bu günədək aydınlaşdırılmamış qalır. Və deməliyəm ki, bu dediyim şeylərin hamısı məhkəmə istintaqı zamanı şahid ifadləri ilə tam təsdiqini tapmış və sübuta yetirilmiş məsələlərdir. Bu qədər ağır ittihamlar, sübuta yetirilmiş hərbi cinayət xarakteri daşıyan əməllər və gerçəkdən vətənə xəyanət anlamına gələn faktlar ortada ola-ola, kimin kimi günahlandırmasından asılı olmayaraq, hesab edirəm ki, gec-tez tarix hər şeyə qiymət verəcək.

 

 -Bir peşəkar hərbçi kimi necə baxırsınız, Elbrus Orucovun hərbi akademiya bitirmiş bir zabit kimi, xüsusi səlahiyyətli komendantı olduğu dörd rayonun işğal olunmasından sonrakı karyerasının, xüsusilə də Şuşa və Laçın kimi strateji və tarixi əhəmiyyət kəsb edən ərazilərimizin itirilməsi ilə bir bağlılığı varmı? Həm də, məsələyə, bayaq sizin də dediyiniz, “ərazilərin müdafiəsi üçün yetərincə hərbi gücün olması” kontekstindən baxanda bu məsələ necə görsənir ?

 

-Əgər məsələyə hərbi kontekstdən yanaşaraq hüquqi analiz vermək istiyiriksə, o zaman birmənalı şəkildə deməliyik ki, Elbrus Orucov, rəsmən sərəncamında olan hərbi qüvvələri vahid komandanlıq altında birləşdirərək, məsuliyyətini daşıdığı ərazilərin müdafiəsini təşkil edə bilmədi. Həmin dövrdə bunu edə bilmək üçün onun peşəkarlığı da yetmədi və nəticələr də bizim üçün çox ağır oldu, yəni məğlubiyyətlərimiz bir-birini əvəz elədi. Ədələt naminə onu da deyim ki, həmin dövrlərdə bunu eləmək də kifayət qədər problemli bir məsələ idi. Amma bütün bunları özü də bilə-bilə, vəziyyətə nəzarət edə bilmədiyinin fərqində ola-ola, akademiyanı bitirmiş bir zabit kimi, peşəkarlığının yetərsiz olduğunu anlayaraq, tələm-tələsik, necə deyərlər, iki daşın arasında Xankəndinə hücum təşkil eləməyinin arxasında nə dururdu? Maraqlı məsələ bax budur. Mən indi burda yerli şəraiti və ərazinin coğrafi mövqeyini, relyefini çox yaxşı bilən və belə şəraitdə hansı silahların, hansı texnikanın necə effektli istifadə oluna biləcəyinin fərqində olan bir zabit kimi danışıram. Məsələn, tutaq ki, əraziyə minamyotlar və artilleriya qurğuları, toplar göndərilirdi. Minamyotlar düzənlik sahələrə, toplar isə mürəkkəb relyefli sahələrə göndərilirdi ki, onun bax belə əmrləri şübhə doğururdu. Onun gəlişindən sonra, digər şübhəli hərəkətlər də olurdu, məslən, yanacaq və su çənləri güllələnirdi, gecələr dinc əhalinin yaşadığı evlərə güllələr atılırdı. Başqa müəmmalı hadisələr də baş verirdi ki, bunların hamısı nəticə etibarı ilə, sanki bilərəkdən işğalı yaxınlaşdırmağa xidmət edirdi. Məsələn, əmr var idi ki, Şuşadan əhalinin çıxması qadağan olunsun və bu biri yandan da, həmim əmrin icrasına birbaşa təsir etməli olan şlaqbaumun götürülməsi tapşırığı verilirdi. Bir çox hallarda da onun bu addımlarının, sonradan olacaqlara görə özünü sığortalamaq cəhdlərindən başqa heç bir izahı ola bilməz.

 

-Siz indi bu şeyləri danışırsınız, amma Elbrus Oruccov isə, Mirşahinin “Ən Yeni Tarx” “dərs”ində deyirdi ki, Arif Paşayev qaçmışdı və özünün də komandir kimi hərəkət imkanlarının məhdudlaşmasına səbəb kimi bildirdi ki, Arif Paşayev ona Rəhim Qazıyevin Laçın ərasisində ermənilərlə atəşkəs əmrini göstərib.

 

-Mən təəssüf edirəm ki, Azərbaycan Ordusunun rəhbərliyində yüksək vəzifələrdən birinə belə bir şəxs gətirilib. O şəxs ki, mənim tanıdığım müddətdə, özünü çox pis tərəfdən tanıdıb. Əməllərində böyük şübhələr, sözlərində böyük yalanlar olan bu şəxsin belə vəzifədə oturması nə deməkdisə, qoy buna cəmiyyətin özü qiymət versin. Şəxsən mən Elbrus Orucovu Güləbird kəndi tərəfdən ərazini tərk edərkən saxlayıb dala qaytarmışam. O gün yağış yağırdı və mənim olduğum maşınla bunun getdiyi maşını “obqon” elədik. Hətta az qala bizim maşın dərəyə yuvarlanacaqdı. Elbrusu maşınından çıxardım və dedim ki, hara qaçırsan?

 

-Qaçırdı Elburus Orucov?

 

-Bəli, şəxsən özüm onu tutub gətirmişəm. Orda olan bir neçə zabit də, mənim sürücüm də bunun canlı şahidləridir. Bir başqa vaxtda da Elbrus Orucovu Qubadlı rayonunu ərazisində ordumuzun zabitləri qaçdığı yerdə həbs eləmişdilər. Tanınma nişanlarını söküb qaçırmış. Onda da gətirib onu Qubadlıda Qauptvaxta salmışdılar. Qubadlının müdafiə batalyonunun komandiri Adil Həşimovun döyüşçüləri eləmişdilər bunu. Bu hadisənin də konkret şahidləri var. Saleh Rüstəmov, Adil Həşimovun özü buna canlı şahiddilər və istənilən vaxt onlardan təfərrüatları soruşa bilərsiniz. Sonradan onu Qauptvaxtdan çıxarmaq üçün hardansa adamlar gəlmişdilər. Həmim gün onun maşınından 12 ədəd avtomat silah götürmüşdülər, bir də 2 ədəd italyan istehsalı olan portativ radio qurğusu çıxmışdı maşından.

 

-Tanınma nişanları deyəndə poqonları-filanımı nəzərdə tutursunuz ?

 

-Bəli, bəli. Yəni bu dediklərim çılpaq faktlardı və camaatın, o cümlədən də mənim bunlardan xəbərim var. Bunun bütün fəaliyyəti özünə bəraət şəklində qurulub. Onun dediyi fikirlərdə bir nöqtə va ya vergül boyda həqiqət yoxdur. Nə Rəhim Qazıyevin elə bir əmri olub, nə də mən o əmri kiməsə, xüsusilə də Elbrus Orucova göstərmişəm. Əksinə, mən o zaman hər hansı təklifdə, ya da tələbdə bulunanda, əlində tutduğu əmri mənə göstərirdi ki, sənin burda heç bir səlahiyyətin yoxdur, burda komandir mənəm və sən bu işlərə də qarışma.

 

-Ümumiyyətlə o atəşkəs məsələsi nədir, bəzən bşqaları da bu haqda deyirlər.

 

-Bunu mən də Tok-Şou verilişində bir dəfə döyüşçü dostumuz Yaşar bəydən eşitmiışəm, bir də, səhv eləmirəmsə, Mahir Cavadov belə bir fikir səsləndirib. Mən də birmənalı şəkildə deyirəm ki, elə bir şey olmayıb. Laçında döyüş heç vaxt dayanmayıb ki, hələ bir atəşkəs də imzalansın.

 

-Rəhim Qazıyevə sui-qəsd məsələsi haqda nə düşünürsünüz, əslində nə baş vermişdi orda?

 

 -Necə yəni nə baş vermişdi, sui-qəsd baş vermişdi və Rəhim bəyin qətlinə verilmiş fərman, Allahın köməyi ilə baş tutmadı. Mən kənar rayonlardan gələn ilk adam idim və orda Rəhim bəyə yaxın olan 8 nəfər qətlə yetirilmişdi, özü də yaralanmışdı. Bir də sui-qəsdi içra edən Emin adlı şəxs də həlak olmuşdu, vurulmuşdu yəni. Düz iki qaşının ortasından güllə dəymişdi bə mən gələndə hələ də onun yerə tökülən beyni buxarlanırdı. Tək bir güllə və alninin düz ortasından...

 

-Yenə də sizə bir peşəkar hərbçi kimi müraciət edirəm, bu iki qaşının arasından dəyən güllə sizə maraqlı görünmədimi, geçənin qaranlığında və o qədər vurhavurda bu qədər sərrast atəş...

 

-Neçə illərdi ki, bu söhbətlər gedir və Siz ilk jurnalistsiniz ki, bu məsələyə diqqət yetirirsiniz. Tam səmimi deyirəm ki, bütün bu illər boyu mən də içimdə belə bir sualı gəzdirmişəm və bütün hallarda, mən də bu fikirdəyəm ki, o adam tək olmayıb və bunun özü də əlavə bir sübutdur ki, Rəhim bəyə qarşı törədilən bu sui-qəsd sıradan bir məsələ deyildi. Birmənalı şəkildə demək olar ki, bu, çox ciddi şəkildə hazırlanmış və peşəkarlar tərəfindən icra olunan bir terror hadisəsiydi. Və qaranlıq bir yerdə o cür sərrast atəşi, yalnız peşəkar qatil və çox güman ki, lazer nişangahı olan silahdan atmışdı. Bu ətrafda deyilən və danışılan bütün versiya və şayiələrin özü də olayın ciddi düşünülmüş terror olduğu qənaətini yaradır. Çünki adi hadisələrdə məsələ nə bu qədər yonləndirilə, nə də getdikcə genişləndirilən arealda gündəmdə saxlana bilər. Bunun necə yaradıldığını və necə idarə olunduğunu da peşəkatlardan öyrənmək olar.

 

-Bu günlərdə bir statusunuzu oxudum. Yazmışdınız ki, yenə Laçının işğal günü gəlir, yenə də efirlərdən fərarilər bizi ittiham edəcəklər, bizə “vətən xaini” və sair yarlıqlar asacaqlar...

 

-Bu da bizim bəlkə də milli faciələrimizdən biridi. Həmişə təşəbbüsünün qurbanı olursan. Mən bu sözü elə Rəhim Qazıyevə də aid eləyirəm. Biz və bizim kimi çox oğullar vətən yanğısından, torpaq qeyrətindən irəli gələn təşəbbüsümüzün qurbanı olduq. Biz sadəcə vətənimizi, bir də ana bacılarımızın namusunu qorumaqdan savayı heç bir təmənnada bulunmadıq, mərhumiyyətlərə dözdük, əzab-əziyyətlərə qatlaşdıq. Amma o qədər fədakarlığın, halallığın qabağında insanların bizə olan münasibətini görmək çox ağır məsələdir. Yəni cəmiyyətin arşını nədisə, səni də o arşınlarınlarla qiymətləndirir. Bizim cəmiyyətin arşınları o qədər də nizam deyil. Bu arşın nizam olsaydı, dürüst ölçülərlə işləsəydi, müharibədən qaçan, gizlənən, dəlilik kaqızı alıb müharibədən yayınanlar, yəni vətən üçün döyüşməyənlər, bu gün vətən üçün döyüşənləri qınaya, təhqir edə bilməzdilər, cəmiyyətin özü buna imkan verməz, ictimai rəy onları əzərdi. Amma hələ ki, olanlar, olmalı olanlarla daban-dabana ziddiyyət təşkil edir və indi buna ancaq təəssüflənmək olar. Mən də buna təəssüf eləyirəm. Amma vətən üçün döyüşməyimdən də, bu yöndə yaşadıqlarımdan da qətiyyən peşman deyiləm. 

Похожие новости
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:17, Сегодня
Заслуженный артист: Я не сплю после смерти сына
01:12, Сегодня
Хроника Западного Азербайджана: Армения вскоре может быть стерта с карты мира - ВИДЕО
00:53, Сегодня
В Агдашском районе повесился 30-летний мужчина
00:47, Сегодня
Глава COP-29 встретился с главой Европейского инвестиционного банка - ФОТО
00:19, Сегодня
25-летний житель Губы повесился на лестнице
00:00, Сегодня
Бывший чиновник намерен вернуть свое имущество стоимостью 43 млн манатов
18 Apr 2024 | 23:59
В Баку мошенник обманул женщину, пожелавшую стать чиновницей
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:47
МИД Ирана заявил, что ответные шаги Тегерана завершены
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:23
В Баку у наркокурьера изъяли 5 кг марихуаны и 3 000 таблеток метадона - ВИДЕО
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 23:01
Исследователь: Через несколько дней после Башлыбельской трагедии две семьи остались в окружении - ВИДЕО
18 Apr 2024 | 22:57
В Абшеронском районе 30-летний мужчина покончил жизнь самосожжением
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 22:41
Житель поселка Бина: Ощущение, будто мы живем в Сомали - ВИДЕО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 22:28
УЕФА оштрафовал "Барселону"
18 Apr 2024 | 22:22
Хуситы атаковали 98 судов после обострения в секторе Газа
18 Apr 2024 | 22:00
Солнце готовит Земле космический шторм в ближайшие дни
18 Apr 2024 | 21:47
У берегов Мексики зафиксировали сильное землетрясение
18 Apr 2024 | 20:53
Власти Украины приговорили Анатолия Карпова к 15-ти годам тюрьмы
18 Apr 2024 | 20:48
Партнеры по НАТО могут поставить Украине шесть систем Patriot
18 Apr 2024 | 20:46
Заседание Совета Украина-НАТО пройдет 19 апреля на уровне министров обороны
18 Apr 2024 | 20:40
Фон дер Ляйен: Отток капитала из ЕС составляет €300 млрд в год
18 Apr 2024 | 20:35
В России хотят усилить войска в Украине бездомными собаками
18 Apr 2024 | 20:25
Макрон: ЕС выступает за введение новых санкций против Ирана и России
18 Apr 2024 | 20:23
Столтенберг ждет, что Украина сама обеспечит себя войсками
18 Apr 2024 | 20:21
В борьбе с тиктокерами полиции следует обратить внимание на пропаганду разврата
18 Apr 2024 | 20:20
Национальный герой Азербайджана перенес инфаркт
18 Apr 2024 | 20:18
Менингит всего за сутки погубил 17-летнюю испанскую спортсменку
18 Apr 2024 | 20:17
Луи Боно находится с визитом в Грузии
18 Apr 2024 | 20:12
Казахстан запретил импорт авиатоплива
18 Apr 2024 | 20:02
Шахин Аббасов зарезал москвича ударом в пах за замечание о парковке
18 Apr 2024 | 20:01
ВОЗ: Более 25 тыс. человек заболели холерой в марте текущего года
18 Apr 2024 | 19:53
Украина блокирует пророссийские TikTok-каналы
18 Apr 2024 | 19:45
Предотвращено покушение на Зеленского
18 Apr 2024 | 19:42
«Карабах» улучшил положение в мировом рейтинге
18 Apr 2024 | 19:41
Генсек ООН призвал не допустить эскалации в Красном море
18 Apr 2024 | 19:37
Индия передумала строить свои корабли в Турции
18 Apr 2024 | 19:34
На севере Турции произошло землетрясение магнитудой 5,6
18 Apr 2024 | 19:29
В Гаджигабуле задержан наркокурьер
18 Apr 2024 | 19:16
При TƏBİB создан Республиканский центр педиатрии, назначен директор
18 Apr 2024 | 19:14
В Баку состоялся показ документального фильма о литовском моряке "Прыжок"
18 Apr 2024 | 19:14
Во Франции совершено нападение с ножом: ранены дети
18 Apr 2024 | 19:10
"Галатасарай" ищет альтернативу Мауро Икарди
18 Apr 2024 | 19:05
Аргентина заявила о намерении стать глобальным партнером НАТО
18 Apr 2024 | 19:04
Российская военная база в Армении подверглась кибератаке
18 Apr 2024 | 19:01
Новая угроза в связи с наводнением в Иране: берегитесь крокодилов! - ВИДЕО
18 Apr 2024 | 18:54
Новый председатель Госкомитета принял посла Турции
18 Apr 2024 | 18:52
Вагит Алекперов возглавил рейтинг богатейших миллиардеров России
18 Apr 2024 | 18:47
МИД Армении: На брюссельской встрече не было секретной повестки
18 Apr 2024 | 18:45
Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью Baku TV - ВИДЕО
18 Apr 2024 | 18:41
Байден: США с союзниками вводят санкции против Ирана
18 Apr 2024 | 18:39
Экс-министра обороны Армении оставили под арестом
18 Apr 2024 | 18:26
Во сколько обходится тонировка автомобильных стекол? - ВИДЕО
18 Apr 2024 | 18:07
Президент Грузии прокомментировала митинги в стране против закона об иноагентах
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 16:37
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:21
Генпрокурор Азербайджана находится с визитом в Китае
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 16:20
Польские фермеры возобновили протесты на границе с Украиной
18 Apr 2024 | 17:34
Иран пригрозил ударить по ядерным центрам Израиля
18 Apr 2024 | 17:08
Военный атташе США в Армении посетил Гюмри
18 Apr 2024 | 17:30
Аэропорт Дубая вернется к полноценной работе в течение 24 часов
18 Apr 2024 | 17:47
Дело женщины, обвиняемой в убийстве супруга, переквалифицировано
18 Apr 2024 | 17:29
В Гаджигабуле поезд насмерть сбил женщину
18 Apr 2024 | 16:37
Квентин Тарантино отказался снимать свой финальный фильм с Брэдом Питтом
18 Apr 2024 | 17:50
Британия расширила на 13 позиций санкционный список по Ирану
18 Apr 2024 | 17:13
Байден обвинил каннибалов в пропаже тела своего дяди - ВИДЕО
18 Apr 2024 | 17:21
Генпрокурор Азербайджана находится с визитом в Китае
Писатели