Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsinin hazırlandığı və artıq maliyyə offşorlarında yerləşdirilmiş kapitala aministiya verilməsinin hüquqi əsasları üzərində işlənildiyi iddiaları intensivləşib.
Bəs görəsən, korrupsiya, rüşvətxorluq nəticəsində
toplanan kapitala aministiya verilməsi nə dərəcədə doğrudur?
Moderator.az-ın suallarını cavablandıran eks-spiker Rəsul Quliyev nəzəri olaraq iqtisadiyyatımızın xilas formulu kimi görünən bu yolu praktik olaraq qeyri-mümkün hesab edir.
Ona görə ki, “offşor zonalarda yığılmış kapitalı
tapmaq, kimə məxsus olduğunu müəyyənləşdirmək, sonra bunun kriminal yolla əldə
edildiyini sübut etmək illərlə vaxt aparan prosesdir. Əgər ofşor zonalarda
kapital leqallaşdırılsa, artıq 2015-ci ildə bu pullardan əldə edilən gəlirdən
dövlət büdcəsinə ödənişlər olmalıdır, həm də bu pulların sahibləri ortaya
çıxmalıdır. Yerdə ancaq bu pulun kriminal pul olduğunu sübut etmək qalacaq. Ona
görə də bu zonalarda kapitalın leqallaşdırılması düzgün addım olardı. Ancaq mən
əminəm ki, bu pulları leqallaşdıran insanlar Azərbaycanda tapılmayacaq”.