İlham Əliyev: Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi
Читать: 1848
20 May 2015 | 20:16
İlham Əliyev: Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi
“Cəza çox ciddi olacaq”.

“Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Çünki öz məsuliyyətlərini dərk etməyiblər. Vaxt gələcək, ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq”.

Moderator.az -ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, həmin iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar:

“Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.

Prezident deyib ki, dünən Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər insan həlak olub, onlarla insan yaralanıb:

“Bir daha həlak olanların ailələrinə, qohumlarına, yaxınlarına başsağlığı verirəm. Hazırda xəstəxanalarda 20-yə yaxın insan var, onların müalicəsi təmin edilir. Səhiyyə Nazirliyi hər şey edir ki, onlar tezliklə sağalıb evə qayıtsınlar”.

Dövlət başçısı bildirib ki, hadisə zamanı bütün dövlət qurumları böyük fədakarlıq göstəriblər: 

“Səhiyyə işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq, qəhrəmanlıq göstəriblər. Onlarla insan binadan təxliyə edildi, xilas edildi. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Hadisə ilə bağlı dünən mənim sərəncamımla Dövlət Komissiyası yaradılıb və bu gün komissiyanın birinci iclasını keçiririk. Komissiyanın birinci iclasına mən şəxsən özüm rəhbərlik edirəm”.
 
Prezident qeyd edib ki, komissiya bütün məsələləri araşdıraraq rəy verməli və ilk növbədə yanğının nəticələri araşdırılmalıdır:

“Hüquq-mühafizə orqanlarına göstəriş verilib, onlar bu işlə məşğuldurlar. Dünən cinayət işi açılıb və cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar. Əsas məsələ odur ki, zərərçəkmiş insanlara diqqət, qayğı göstərilsin. Bu insanlar indi müvəqqəti mənzillərlə təmin olunurlar, müvəqqəti məskunlaşmaları ilə bağlı bütün müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilib. O insanlarla maddi köməklik də göstərilib ki, binanın təmiri dövründə müvəqqəti kirayədə qalsınlar ”.
 
Dövlət başçısı bəyan edib ki, yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır: 

“Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır. Bu, birinci hadisə deyil, bundan əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdi. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdı. Ancaq o məsələ də ciddi araşdırılmalıdır. Xətai rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı araşdırmalar aparılır, o binanın təmiri ilə məşğul olan şirkət başqa bir şirkət idi. Bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük məsuliyyətsizlik göstəriblər. Hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq, hələ ki bir şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz materiallar olub və oda davamlı olmayıb. 

Baxmayaraq ki, Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırırdım ki, ilk növbədə təmir keyfiyyətli aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır. Məni müvafiq dövlət qurumlarının nümayəndələri dəfələrlə inandırırdılar ki, bütün istifadə olunan materiallar keyfiyyətlidir və oda davamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumat idi. Bu məsələ də araşdırılmalıdır. Bu binaların təmirində istifadə olunan materiallar harada istehsal olunub, yaxud, haradan idxal edilib, onlara kim sertifikat verib, hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Dünən müvafiq göstəriş verilib və hələ deyə bilmərəm ki, mənə verilən məlumatlar məni qane edir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üzərinə atmaq istəyirlər. Ona görə də hüquq-mühafizə orqanları, ilk növbədə prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir”.

Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı komissiyanın sədri, baş nazirin müavini Abid Şərifov deyib ki, Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın zamanı zərərçəkənlərin hər birinin yerləşdirilməsi məsələsi həllini tapıb.

“Əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri pansionatında iki kottec, 18 otaq hazırlanıb. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Goradildəki pansionatında 10 kottec də hazır vəziyyətə gətirilib”, - deyə A. Şərifov qeyd edib.
 
A. Şərifov qeyd edib ki, hadisə zamanı dünyasını dəyişənlərin dəfn olunması ilə əlaqədar komissiya tərəfindən lazımi tədbirlər görülüb: “Bu məsələdən irəli gələn tədbirlər dövlət hesabına görüləcək”.
 
O, əlavə edib ki, hadisə nəticəsində xəsarət alanların hər biri Səhiyyə Nazirliyinin nəzarətinə götürülüb.
 
Baş nazirin müavini deyib ki, yanğın baş verən binanın durumu ilə komissiyanın ekspertləri araşdırma aparır və iki gün ərzində nəticələr ölkə başçısına məruzə olunacaq.
 
A. Şərifov qeyd edib ki, komissiyanın qərarı ilə tezalışan fasad örtükləri olan binalarda işıqlandırma dayandırılıb.
 
“Bu cür fasad örtüyü olan binalar Bakı şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və “Azərişıq” ASC-nin nəzarətinə götürüləcək. Əgər icazəniz olarsa, bu cür binaların örtüklərinin sökülməsinə Avropa Oyunlarına qədər başlamayaq. Çünki Avropa Oyunlarına 20 gündən artıq vaxt qalıb və bu cür binalarda örtükləri bu müddət ərzində söküb yenisi ilə əvəz etmək mümkün olmayacaq”, - deyə baş nazirin müavini bildirib.
 
A.Şərifovun bu təklifinə cavab olaraq prezident İlham Əliyev bunu deyib: 

“Bunun Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur. Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu cür faciə qarşısında heçə bərabərdir. Bu cür üzlüklərlə üzlənən binalardan dərhal nümunələr götürülməlidir. Əgər orada təhlükə varsa, oda davamlı deyilsə, dərhal sökülməlidir. Bunu maksimum 1-2 həftəyə etmək olar”.

Daha sonar İlham Əliyev deyib ki, ilkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub: 

“Ancaq bu materiallardan neçə ildir ki, Bakıda istifadə edilir. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə olunan materiallar sanki yüksək keyfiyyətə malik idi, amma sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkarlanıb. Əgər belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir”. 
 
Dövlət başçısı bildirib ki, bütün bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: 

“Çünki günahsız insanlar həlak olub. Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları qəhrəmancasına çalışıb, işləyiblər. Əgər belə olmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq insanlar həlak olub və bu, bütün xalqımızı sarsıdıb”.
 
Prezident qeyd edib ki, hazırda Bakıda oxşar üzlük materialla üzlənmiş binalar kifayət qədər çoxdur: 

“Bəzi məlumatlara görə, belə binaların sayı 200-dən çoxdur. Artıq dünəndən Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin. Əgər hər hansı təhlükə varsa, tezliklə bu üzlük materiallar çıxarılsın, sökülsün və beləliklə, heç bir təhlükə olmasın. Ancaq bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi”.  
 
Dövlət başçısı ona müxtəlif məlumatlar gəldiyini və bəzi hallarda bu məlumatların ziddiyyət təşkil etdiyini də vurğulayıb: 

“Bu məsələdə aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkar, ya da günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyacaq”.

Dövlət başçısı deyib ki, tənzimləmə məsələləri, qaydaları qanunvericilikdə təsbit edilir, ancaq həyatda buna riayət olunmur: “Binalar təmir edilir, müqavilə bağlanmır. Bu, ümumiyyətlə, qəbuledilməzdir. Yaxud sertifikat bir maddəyə verilir, oda davamlılığın artması, materialın yüksək səviyyəli olması üçün hansısa maddələr əlavə edilməlidir, lakin istehsalat zamanı o qatqı əlavə edilmir, beləliklə, o keyfiyyət itirilir. Ona görə də hər bir mərhələdə istifadə edilən bütün tikinti materiallarına ciddi nəzarət olmalıdır. Müqaviləsiz iş görülən, ekspertizası olmayan bina olmamalıdır. Əgər ekspertiza varsa, ekspertiza həqiqətə uyğun deyilsə, o zaman o ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir. Ona görə də burada hüquq-mühafizə orqanlarının çox geniş iş fəaliyyəti nəzərdə tutulur ki, biz birdəfəlik bu hərc-mərcliyə son qoyaq. Çünki bu, bizə yaraşmaz. Azərbaycanda bu qədər abadlıq, quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim təhlükəsizlik və keyfiyyətdir, ancaq biz həyatda bu qaydaların pozulduğunu görürük”.
 
Prezident İlham Əliyev qanunsuz evlərin tikildiyini də bildirib: “İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”.
 
Dövlət başçısı həmçinin qeyd edib ki, yüksək gərginlikli xətlərin altında çoxlu sayda evlər tikilib: “İndi bəlkə də insanlar bunun özləri üçün nə qədər böyük təhlükə olduğunu başa düşmürlər.  Ancaq o icazəni verən necə? Elə bil ki, özbaşına tikiblər. Axı biz hamımız Azərbaycanda yaşayırıq, özbaşına kim nə edə bilər?”.
 
Prezident deyib ki, bütün kənd yolları dövlət büdcəsi, yaxud Prezidentin Ehtiyat Fondu hesabına tikilir: “Bələdiyyə sadəcə, bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır. Soruşuram ki, bu qanunsuz binalar haradan meydana gəlib, heç kim bilmir. Bu, mümkün deyil. Bu yanğın da bu mənbədən qaynaqlanan hadisədir. Qanunsuzluğa, özbaşınalığa son qoyulmalıdır. Gələcəkdə belə bədbəxt hadisələrin təkrarlanmaması üçün Dövlət Komissiyasının üzvləri mənə konkret təkliflər versin. Bir balaca bina da icazəsiz tikilə bilməz. Əgər bundan sonra bu olacaqsa, nəinki işdən çıxaracam, onlar cinayət məsuliyyətinə də cəlb ediləcəklər. İndi Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyət olmalıdır. Dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar”.
 
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ictimaiyyəti hər şeyi bilir: “Heç kim qanundan kənar qala bilməz, bir nəfər belə toxunulmaz deyil”. 
 
Dövlət başçısı çıxışının sonunda xəbərdarlıq edib: “Bu gün bir daha bütün dövlət məmurlarına, dövlət qurumlarında çalışanlara xəbərdarlıq edirəm. Qanuna hər kəs əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək. Bu bədbəxt hadisənin səbəbkarları da mütləq məsuliyyətə cəlb ediləcək, ədalət bərpa ediləcək”.
Похожие новости
21:42, Сегодня
Часы Михаэля Шумахера уйдут с молотка
21:28, Сегодня
Страны G7 выступили с призывом к Баку и Еревану
21:23, Сегодня
Евросоюз приветствует договоренность о возвращении 4 сел Газаха
21:10, Сегодня
Оползень в исмайыллинском селе: возникла опасность для жильцов близлежащих домов - ВИДЕО
21:01, Сегодня
Объявлены результаты выпускного экзамена по уровню общего среднего образования
20:45, Сегодня
Число жертв в Газе достигло 34012
20:32, Сегодня
На одной из центральных улиц столицы не работают светофоры - ФОТО
20:26, Сегодня
В некоторых районах Азербайджана ожидаются дожди и град - ПРЕДУПРЕЖДЕНИЕ
20:12, Сегодня
Зеленский: Украина может спустить Путина «с неба на землю»
20:11, Сегодня
В Азербайджане арестован руководитель сайта
20:09, Сегодня
Абдоллахиян отрицает ущерб от удара дронов по Исфахану
20:03, Сегодня
Премьер-лига: "Сумгайыт" на выезде разгромил "Туран Товуз" - ОБНОВЛЕНО + ВИДЕО
20:01, Сегодня
Орбан: Запад близок к отправке военных в Украину
19:53, Сегодня
Сотрудники МЧС спасли оказавшихся в беспомощном положении несовершеннолетних - ВИДЕО
19:53, Сегодня
Хакеры заявили о взломе базы данных ЦАХАЛ
19:47, Сегодня
Палата представителей утвердила помощь Киеву и конфискацию активов РФ
19:45, Сегодня
В Мексике футболиста отстранили за попытку помешать сопернику лазером - ВИДЕО
19:39, Сегодня
Подразделения армянской армии выводятся из четырех сел Газахского района
19:25, Сегодня
НАТО гарантирует усиление ПВО Украины
19:18, Сегодня
Раскрыто 85% преступлений, совершенных в Азербайджане в I квартале 2024 года
19:06, Сегодня
Завершилась дипломатическая миссия посла Италии в Азербайджане - ФОТО
18:53, Сегодня
Осужденный за жестокое убийство жены скончался в тюрьме
18:44, Сегодня
Гаити потребовал от Франции миллиардных репараций
18:28, Сегодня
Буданов намекнул на способы уничтожения стратегических самолетов России
18:13, Сегодня
Желающие вступить в брак должны пройти психологическое обследование? - ВИДЕО
17:51, Сегодня
Депутат: Плата за обучение в частных школах достигла космических размеров
17:49, Сегодня
Процесс делимитации границ между Азербайджаном и Арменией будет основан на Алма-Атинской декларации
17:45, Сегодня
Артуро Видаль - о клубе своей мечты
17:45, Сегодня
Токаев запретил ввоз вейпов в Казахстан
17:43, Сегодня
Люди впервые стали жертвами болезни оленей-зомби
17:37, Сегодня
Моуринью назвал команду, за которую будет болеть в ЛЧ
17:32, Сегодня
Верховному Меджлису Нахчыванской АР предоставлено новое право
17:28, Сегодня
Мясника арестовали из-за долга в 20 000 манатов - ПОДРОБНОСТИ
17:16, Сегодня
В Хыналыге выпал град - ВИДЕО
17:10, Сегодня
Состоялась восьмая встреча комиссий по делимитации госграницы: Армения возвращает Азербайджану четыре села
17:10, Сегодня
Жозе Моуринью отправился в Турцию для переговоров с "Бешикташем"
17:05, Сегодня
В Баку выявлены цеха производства подпольной продукции - ФОТО
17:00, Сегодня
TƏBİB о состоянии женщины, которую молодой человек облил бензином и поджег - ОБНОВЛЕНО + ФОТО
16:55, Сегодня
На Абеля Магеррамова подали в суд
16:50, Сегодня
Восстановление плодородия засоленных почв в Азербайджане станет важным шагом в рамках COP29
16:47, Сегодня
Президент Азербайджана и канцлер Германии проведут переговоры в Берлине
16:47, Сегодня
Президент Ильхам Алиев совершит рабочий визит в Москву
16:45, Сегодня
СМИ: США могут предоставить Израилю вооружения на более чем 1 млрд долларов
16:43, Сегодня
Шведский функционер "Нефтчи": Настоящий болельщик не оставит команду никогда
16:37, Сегодня
В первый день медицинской акции более 100 жителей Физули прошли офтальмологический осмотр - ФОТО
16:25, Сегодня
В Азербайджане введено наказание за передачу СМИ фото потерпевших лиц без их согласия
16:05, Сегодня
Лавров: Претензии Еревана о бездействии российских миротворцев необоснованны
15:56, Сегодня
Турция призывает к сдержанности на фоне эскалации между Израилем и Ираном
15:54, Сегодня
В Азербайджане отцы тоже будут иметь право получать за детей трудовую пенсию на льготных условиях
15:47, Сегодня
"Нефтчи" переедет на новую учебно-тренировочную базу
15:38, Сегодня
Джейхун Байрамов обсудил с премьер-министром Палестины ситуацию в Газе
15:36, Сегодня
Законопроект о создании искусственных земельных участков на Каспии принят в первом чтении
15:32, Сегодня
Забивший гол акробатическим ударом ветеран: В тот момент я позабыл, что у меня нет ноги - ВИДЕО
15:23, Сегодня
В Азербайджане понятые не будут привлекаться к процессу личного досмотра
15:01, Сегодня
Лавров: Россия в случае новых переговоров не будет делать пауз в боевых действиях с Украиной
13:53, Сегодня
Стало известно, когда "Барселона" вернется на "Камп Ноу"
12:01, Сегодня
ВМС и ВВС Азербайджана провели тактические учения в Каспийском море
11:05, Сегодня
Мбаппе принял окончательное решение по своему будущему в ПСЖ
10:57, Сегодня
Ниджат Абасов потерпел шестое поражение в Торонто
09:15, Сегодня
В России разбился военный самолет
08:52, Сегодня
В Торонто арестовали грабителей, совершивших крупнейшую кражу золота в истории Канады - ФОТО
08:47, Сегодня
В Сальяне столкнулись два автомобиля, есть пострадавшие
08:45, Сегодня
Глава МИД Японии и генсек НАТО договорились продолжать сотрудничество в поддержке Украины
08:41, Сегодня
В Азербайджане продается Коран по фантастической цене - ФОТО
08:40, Сегодня
Jpost: ЦАХАЛ не менял инструкции по общественной безопасности после удара по Ирану
08:32, Сегодня
TikTok начал тестировать конкурентную Instagram платформу
08:28, Сегодня
На ряде улиц и проспектов Баку затруднено движение транспорта
08:15, Сегодня
Принадлежащая российским миротворцам военная техника направляется в Россию - ВИДЕО
08:15, Сегодня
В Японии технологическим компаниям выделят $470 млн для развития ИИ
08:02, Сегодня
В Нидерландах нашли необычный способ борьбы с переизбытком туристов
08:00, Сегодня
Стартовали съемки 4-го сезона "Ведьмака" - ВИДЕО
07:49, Сегодня
Иранские системы ПВО сбили три беспилотника
07:43, Сегодня
Почему педагогов-мужчин становится все меньше? - ЗАЯВЛЕНИЕ + ВИДЕО
07:38, Сегодня
Проблемное село Гобустанского района: Нас здесь осталось всего несколько человек - ВИДЕО
07:37, Сегодня
США не поддержали ответную атаку Израиля на Иран
07:18, Сегодня
В Сумгайыте убили мужа и жену, задержан их 24-летний сын
07:13, Сегодня
Израиль нанес "ограниченный" удар по Ирану
07:00, Сегодня
Мадуро: Нефтяная промышленность Венесуэлы будет развиваться вопреки санкциям США
06:32, Сегодня
Иран приостановил полеты над некоторыми городами
06:31, Сегодня
В Баку изъято большое количество безакцизных сигарет
06:28, Сегодня
Ученые обнаружили остатки самой крупной змеи в истории Земли
06:28, Сегодня
В иранской провинции Исфахан произошел взрыв
06:24, Сегодня
В Баку автомобиль сбил 7-летнюю девочку
06:12, Сегодня
В Индии начался первый этап масштабных парламентских выборов
05:57, Сегодня
Израиль нанес удар по объекту в Иране
05:28, Сегодня
Девочка пообедала в ресторане быстрого питания и получила повреждение мозга - ФОТО
05:15, Сегодня
Определились все полуфиналисты Лиги конференций
04:55, Сегодня
Белый дом опроверг заявление Байдена о съедении его дяди людоедами
04:28, Сегодня
Товарооборот между Казахстаном и Якутией вырос почти в два раза
04:02, Сегодня
В Баку мужчина не пожелал вернуть долг знакомому и убил его: дело направлено в суд
03:31, Сегодня
Вывод российских миротворцев из Карабаха положил начало новой эпохе - ВИДЕО
03:06, Сегодня
МВФ повысил прогноз экономического роста для Узбекистана на 2024 год
02:54, Сегодня
Азербайджанский водитель фуры уже три месяца не может пересечь границу Грузии - ВИДЕО
02:46, Сегодня
Ходжалинский аэропорт переходит под контроль Азербайджана - ВИДЕО
02:39, Сегодня
В Гейгеле произошла авария: есть пострадавшие
02:04, Сегодня
В Баку мужчина нанес своему отцу тяжелую травму
02:02, Сегодня
США заблокировали резолюцию о признании Палестины полноправным членом ООН
01:32, Сегодня
Азербайджанская гимнастка вышла в еще один финал Кубка мира - ОБНОВЛЕНО + ФОТО
01:28, Сегодня
Житель Кельбаджара: Из 113-дневного окружения в Башлыбеле живыми спаслись 29 человек - ВИДЕО
01:19, Сегодня
Лига Европы: "Рома" обыграла "Милан", "Аталанта" вышла в 1/2 финала, "Байер" вырвал ничью - ВИДЕО
ЕЖЕДНЕВНО
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
ЕЖЕНЕДЕЛЬНО
15 Apr 2024 | 19:28
Во Франции не исключили ядерного удара по Ирану
15 Apr 2024 | 19:34
Минная проблема Азербайджана обсуждена на международном симпозиуме
15 Apr 2024 | 22:10
В Госдепе заявили, что США изучают варианты ужесточения санкций против Ирана
15 Apr 2024 | 20:01
В отношении ресторана, вызвавшего недовольство жителей, приняты меры - ВИДЕО
15 Apr 2024 | 22:03
В Сабунчинском районе устранили антисанитарную обстановку - ОБНОВЛЕНО + ФОТО
15 Apr 2024 | 19:41
Скончалась педагог UNEC - ФОТО
15 Apr 2024 | 19:36
Почему в столичном поселке не вывозят мусор? - ФОТО
15 Apr 2024 | 21:53
В ЦАХАЛ пообещали ответить на атаку Ирана
15 Apr 2024 | 19:32
Tesla сократит более 10% персонала
16 Apr 2024 | 12:28
Продлен срок выплаты надбавок к зарплате медработников, оказывающих услуги пациентам с COVID-19
Ежемесячно
18 Apr 2024 | 22:34
Глава Сил обороны Кении погиб в авиакатастрофе- (обновлено)
18 Apr 2024 | 23:04
Суд ООН проведет слушания по иску Мексики к Эквадору
18 Apr 2024 | 22:47
Азербайджанский боксер стартовал с победы на чемпионате Европы
18 Apr 2024 | 23:39
Нетаньяху призвал Израиль к единству на фоне "экзистенциальной угрозы"
18 Apr 2024 | 23:15
МИД Венесуэлы осудил незаконную санкционную политику США
18 Apr 2024 | 23:51
В Иране заблокирован ряд онлайн-магазинов по продаже одежды - ФОТО
18 Apr 2024 | 23:09
Протесты в Тбилиси продолжаются-(видео)
18 Apr 2024 | 23:58
Джон Керри прибыл в посольство Азербайджана в Вашингтоне
18 Apr 2024 | 23:54
Сегодня пройдет голосование по резолюции о приеме Палестины в ООН
18 Apr 2024 | 23:56
Лига конференций: "Фиорентина" обыграла "Викторию Пльзень", "Астон Вилла" обыграла "Лилль" - ВИДЕО
Писатели